Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-628/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikiliyə sahiblik və istifadə hüququna dair ilkin, Cavabdeh İddiaçı qarşı ona məxsus yaşayış evindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı tikiliyə sahiblik, istifadə hüququna və çıxarışın etibarsız hesab edilməsinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı ona məxsus yaşayış evindən çıxarılma tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində onun tərəfindən hörülmüş yarıtikili binaya onun və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüquqlarının tanınması, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən hörülmüş yarıtikili binaya ona və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüququna qarşı olan maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində Cavabdeh adına mülkiyyət hüququnun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində edilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş 388331 saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ilə müraciət edərək, ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən İddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən İddiaçı və azyaşlı övladı xx xxxx 2009-cu il təvəllüdlü X2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunmalı olduğu halda, səhvən, tətbiq olunmalı olmayan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq olunmuşdur. İddiaçı özü də məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və məhkəmə iclasında hazırki yaşadığı evdən çıxmaga etiraz etmədiyini, evin qarşısında yeni tikilməklə olan evdən pay istədiyini qeyd etmişdir. O, yeni tikilən evdən ona düşən payın verilməsinə etiraz etmir. Belə olan halda, onun iddiası təmin edilməlidir. Onların arasında olan nikah xx xxxx 2020-ci il tarixdə pozulmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1370/2020 saylı qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh, nümayəndəsi və vəkili E.İ.Əlixanlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, ilkin iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin və qarşılıqlı iddianı rədd edərkən, iddiaçı tərəfindən tələb edilən evin mülkiyyətdə olmamasına, qarşılıqlı iddia üzrə mübahisəli evə cavabdehin hüququnun əldə olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib. İş materiallarında olan Azərbaycan Respublikası X5 Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDXK-si yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş **********11 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx xxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. Tərəflər rəsmi qaydada ayrılsalar da, hazırda iş üzrə iddiaçı-cavabdeh İddiaçı azyaşlı oğlu ilə birlikdə keçmiş əri iş üzrə Cavabdeh məxsus evdə yaşayır. Hazırda iş üzrə İddiaçı Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evindən İddiaçı və azyaşlı övladı xx xxxx 2009-cu il təvəllüdlü E.Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, İddiaçı Cavabdeh evinə 2008-ci ildə gəlin köçüb yaşamağa başladığı üçün tərəflər arasında münasibətlər 2008-ci ildə yaranmışdır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, hazırkı mübahisə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləisinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək və iş materiallarını tədqiq edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibasızlığının konkret əsaslarının sadalanmasına baxmayaraq, İddiaçı iddiasında Çıxarışın məhz hansı əsaslarla etibarsız hesab edilməli olduğunu göstərməmişdir. Məhkəmədə isə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Göründüyü kimi, Çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından və həmin sənədlə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi öz təsdiqini tapmadığına görə ilkin iddia təmin edilməməlidir. Həmçinin, yuxarıda qeyd edilən qanunvericilik normalarınaəsasən İddiaçı gəlin köçdüyü evdə yaşamış və Cavabdeh ilə birgə təsərrüfat aparmışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1370/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-628/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-628/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver