Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2577/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı “yaşayış sahəsində yaşayış hüququ” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində anaları ilə birgə yaşamaq hüququnun tanınması, Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına maneələr Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh sahibliyində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş, lakin mülkiyyət sənədi olmayan fərdi yaşayış evinə köçürülməsi, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 qeyd edilən həmin mənzildə yaşamasına yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir. 31 may 2021-ci il tarixdə Cavabdeh Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ilə cavabdehin Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)- 252/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti Azərbaycan Respublikası MPMin 360 və 363.1.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Cavabdeh Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ı ilə şikayət təmin edilmədən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək gösğərmişdir ki, Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti Quba Rayon Məhkəməsinin 31 may 2021ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadla razılaşmır. Belə ki, qərardadın surətini 11 iyun 2021-ci il tarixində poçt vasitəsilə alıb. Qərardadda göstərilənin əksinə olaraq, Quba Rayon Məhkəməsinin 2(027)-252/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ona poçt vasitəsilə təqdim edilməmişdir və o, heç vaxt bu barədə xəbənaməni imzalamamışdır. Qeyd olunan qətnamənin surətini yalnız rəsmi olaraq 25 may 2021-ci il tarixdə Quba Rayon Məhkəməsindən almış və 31 may 2021-ci il tarixində apelyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadının ləğv edilməsi və apelyasiya şikayətinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsini 17 mart 2021-ci il tarixində “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”ni imzalayaraq aldığını, cavabdeh tərəfindən apelyasiya şikayəti isə 31 may 2021-ci il tarixdə verilmişdir. Beləliklə, Cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmış, lakin apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin istinad etdiyi xəbərnamə Cavabdeh tərəfindən deyil, İddiaçı1 tərəfindən imzalanmışdır. Yəni Cavabdeh qətnamənin surətini 17 mart 2021-ci il tarixdə almamışdır. Bununla da müəyyən edilir ki, cavabdeh tərəf qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, bununla da verilmiş şikayət də vaxtında verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)- 252/2021 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2577/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2577/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver