Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-138/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasdastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunda inşa edilmiş tikililərin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın onun və ailəsinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində olan həyətimdə yerləşən fərdi yaşayış evinə olan gediş-gəliş yoluna törətdiyi maneələrin aradan qaldırılması və qanunsuz tiklinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 06 iyul 2024-cu il tarixli çıxarışa əsasən Quba rayon Vəlvələ kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi yaşayış sahəsi 109.9 kv metr olan fərdi yaşayış evi vardır. Cavbdehlər - Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdır. Cavabdeh onun həyətinə və evinə olan gediş-gəliş yolunun girişində özünə qanunsuz olaraq tikili inşa edərək bütün giriş-çıxış yolunu bağlayaraq yalnız piyada yolu saxlamış və onun ailə üzvləri həyətlərinə və evlərinə yalnız piyada yolu ilə hərəkət edə bilir. Həyətinə nəqliyyatın giriş-çıxışına tam məhdudiyyət qoyulmuşdur. O, dəfələrlə cavabdehlərə müraciət edərək giriş-çıxış yolunda inşa etdiyi tikilinin sökülərək yoluma olan maneələrin aradan qaldırılmasını təklif etmişdir. Lakin cavabdehlər onun təkliflərinə rədd cavabı vermişdirlər. Müxtəlif təşkilatlara da müraciətləri əhəmiyyət verməyərək cavabdehlərə təsir edə bilməyib məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli çıxarışdan aşkar olur ki, qeyd edilən sənədə əsasən onun və ailə üzvlərinin mülkiyyətində Quba rayonun Vəlvələ kəndində 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi 109.9 kv metr fərdi yaşayış evi vardır. İddia ərizəyə əlavə etdiyi çıxarışdan aşkar olur ki, Quba rayon Vəlvələ kəndində yaşayış evi vardır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, bildirimişdir ki, cavabdehlər yolu tutduğundan evlərinə gələn gediş-gəliş yolu bağlanıb, maşın keçə bilmir, həyətlərinə və evlərinə yalnız piyada yolu ilə hərəkət edə bilirlər. İddianı əsaslı hesab edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, yolu tutmadıqlarını, binanın köhnədən tikildiyini, əvvəldən orada yol olmadığını, uşaqların məktəbə gebib – gəlməsi üçün öz torpağından yol verdiyini bildirmiş, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasdastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, ekpsertiza keçirilən zaman o, iştirak etmiş, mübahisəli ərazidə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İİİ. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Vəlvələ kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109.9 kv.metr olan fərdi yaşayış evi ümumi birgə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; -texniki pasportdan görünür ki, İddiaçı adına Quba rayonu Vəl-vələ kəndində 0,06 ha torpaq sahəsində ümumi sahəsi 109,9 kv.metr, yaşayış sahəsi 76,6 kv.metr, köməkçi sahəsi 33,3 kv.metr olan yaşayış evi vardır; -Quba Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-61/2-3-M-24xx/xx/2023 saylı X3 ünvanlanan məktubundan görünür ki, Vəlvələ kənd sakinləri İddiaçı və X1 yaşadıqları evin giriş-şıxış yolu mübahisəli olduğundan problemin həlli yolu məhkəmə qaydasında mümkündür. Bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır; -Quba Rayon İcra Hakimiyyətinin 06 iyun 2024-cü il tarixli 5-61/2-M-39-119/2024 saylı İddiaçı Manaf qızına ünvanlanan məktubundan görünür ki, müraciətdində qaldırdığı məsələnin mübahisəli olduğunu nəzərə alaraq mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə və hüquq mühafiə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kasdastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29 noyabr 2023-cü il tarixli 3-21-3- 34/2-15507 saylı Quba rayon İcra Hakimiyyətinə ünavladığı məktubundan görünür ki, Quba rayonu, Vəl-vələ kənd sakinləri İddiaçı və X1 yaşadıqları evin giriş-çıxış yolu mübahisəli olduğu üçün, həmin torpaq məsələsinin həlli məhkəmə yolu ilə həll olunması məqsədəmüvafuiqdir; -Məhkəmə ekspertizasının 17 iyul 2025-ci il tarixli, 10/3874 saylı rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vəlvələ kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109.9 kv.metr olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. Baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahələrinin arasında yol nəzərdə tutulmamışdır, lakin faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunan torpaq sahəsi TEKUlS-də ümumi istifadədə olan və şərti yararsız torpaq kimi göstərildiyi təyin edilmişdir. Qeyd olunur ki, iddiaçıya məxsus torpaq sahəsinə gedişgəliş yolu kimi nəzərdə tutulmuş ərazi baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşir və faktiki olaraq cavabdehlər tərəfindən deyil digər qonşu mülkiyyətçiləri tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsinmülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vəlvələ kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109.9 kv.metr olan fərdi yaşayış evinə gediş-gəliş yolu cavabdehlər tərəfindən istifadə olunmur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunda inşa edilmiş tikililərin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci 100 manat İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3874 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gediş-gəliş yolunda inşa edilmiş tikililərin sökülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci 100 manat İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-138/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-138/2025
01.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver