Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1384/2021 07.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və onun vəkili X10 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 10 iyul 1981-ci il tarixdə Quba rayonu, Qımıl kəndində doğulmuş X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 1981-ci il tarixdə Quba rayonu, Qımıl kəndində doğulmuş X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, 15 iyul 1980-cı il tarixdə həyat yoldaşı X4 ilə nikahlarını rəsmi qeyd etdirərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13 mart 1981-ci il tarixdə Quba rayonu, Qımıl kəndində övladı X8 doğulmuşdur. X20 doğuşdan epilepsiya xəstəsi olmuş, uzun müddət həmin xəstəlikdən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə almışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyi Mərkəzi Klinik Xəstəxanasının 05.01.2002-ci il tarixli kompyuter-tamoqrafiya müayinəsinin protokolu ilə təsdiq olunur. X20 uzun sürən xəstəlikdən sonra 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etmiş və Quba rayonu, Qımıl kənd qəbristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin iştirakı ilə tərtib və imzaları ilə təsdiq olunmuş 27 may 2021-ci il tarixli Aktla və məzar daşının fotoşəkili ilə də təsdiq olunur. Həmin vaxt qanunu bilmədiklərindən oğlunun ölümünü rəsmiləşdirə bilməmişlər. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar oğlu Əmin Seyidməmmədivun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 26 may 2021-ci il tarixli, 05/Q-277 saylı məktunu ilə X3 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm fakrının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X17 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində ölməsi və Qımıl kəndin qəbristanlığında dəfn edilməsi barədə dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verə bilərlər. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 may 2021-ci il tarixdə Quba rayonu Dağlı kənd sakinləri Ərizəçi, X24, X11, X12 və X5 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, X8 13 mart 1981-ci ildə Quba rayonu Qımıl kəndində anadan olmuş, 04 avqust 2004-cü ildə vəfat etmiş, Qımıl kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan nikah haqqında 15 iyul 1980-cı il tarixdə verilmiş İİ-JQ seriyalı, 328261 №-li şəhadətnamədən görünür ki, Ərizəçi ilə X25 qızı arasında nikah 15.07.1980-ci ildə bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs 02.06.2021-ci il tarixli arayışından görünür ki, X6 ilə Seyidməmmədova Nərminə Baba qızının birgə nigahından 13.03.1981-ci il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 26 may 2021-ci il tarixli, 58 №li arayışından görünür ki, X8 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon X2 Rahid Səttər oğluna ünvanladığı 26.05.2021ci il tarixli, 277 №-li məktubundan görünür ki, qeydiyyat orqanı tərəfindən X3 ölümünün qeydiyyatından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 oğlu və X7 ifadələrində Ərizəçi oğlu X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində ölməsini və Quba rayonu Qımıl kənd qəbristanlıqda dəfn edilməsini, onun dəfn mərasimində iştirak etdiklərini bildirmişlər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X3 13 mart 1981-ci il tarixdə doğulması, 04 avqust 2004-cü il tarixdə ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi, oğlu X3 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, 13 mart 1981-ci il tarixdə Quba rayonu, Qımıl kəndində doğulmuş X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 13 mart 1981-ci il tarixdə Quba rayonu, Qımıl kəndində doğulmuş X3 04 avqust 2004-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1384/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1384/2021
07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver