Məhkəmə qərarları › İş №2(027)-1424/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1424/2025

16.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1424/2025 16.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs qarşı “Barışıq Sazişi”nin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə - mediatoru X1 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 18 iyul 2011 -ci il tarixçd rəsrni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 30 sentyabr 2013-cü il təvəllüdlü X2 və 20 sentyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtiar cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan aralarındakı münasibətlər pisləşmişdir. Cavabdehlə artıq birlikdə yaşamaq mümkün olmadığından o, bir müddətdir ki, övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehlə aralarında bağlanmış nikahın pozulması və digər tələblərə dair ilkin olaraq məhkəmədən kənar qaydada mediasiyaya müraciət etmişdir. Mediasiya zamanı cavabdehlə aralarında 07 avqust 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən cavabdehlə birgə nikahdan doğulmuş övladları 30 sentyabr 2013-cü il təvəllüdlü X2 və 20 sentyabr 2016-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılmaqla onun yaşadığı Quba şəhəri, 32- 33-cü məhəllə, ünvanında yaşamalarına cavabdeh Maraqlı şəxs etiraz etməmişdir. Eyni zamanda barışıq sazişinin şərtlərimə, əsasən cavabadeh Maraqlı şəxs 30 sentyabr 2013-cü il təvəllüdlü X2 və 20 sentyabr 2016-cı il təvəllüdlü X3 onun yanında saxlanılmaları üçün 15 oktyabr 2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 125 manat olmaqla cəmi 250 manat alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə cavabdeh Maraqlı şəxs gəlin köçərkən apardığı cehiz əmlaklarının geri qaytarılmasına etiraz etməmiş, qızıl-zinət əşyalarını isə 25 noyabr 2024-cü il tarixdə ona təhvil verməyini öhdəsinə götürmüşdür. Həmçinin birgə nikahdan doğulmuş uşaqlarla cavabdeh Maraqlı şəxs hər həftənin şənbə günü scat 10:00-daı axşam 21:00-a qədər bazar günü saat 10:00-dan axşam saat 21:00-a qədər görüş vaxtı müəyyən edilmişdir. Lakin onların yetkinlik yaşına çatmayan uşaqları olduğundan nikahın pozulması səlahiyyəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əsasən məhkəmənin səlahiyyətinə aid olduğundan həmin hissədə ona mediator tərəfindən mediasiya prosesinə xitam verilməsi haqqında protokol verilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-155/2025 saylı, 17.01 2025-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuşdur. Lakin, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə aralarında bağlanmış barışıq sazişinə əsasən üzərinə götürdüyü aliment öhdəliyini könüllü icra etmir. Belə ki, bugünədək ona aliment ödənilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişi əsasında müəyyən edilmiş aliment öhdəliyini icra etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin bəndləri məcburi icra üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. “Tərəflər” birgə nikaha davam etməyə razılığa gəlmədilər. 2.Tərəflər” birgə nikah dövründə dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü Zülfüqar Orxan oğlu və xx.xx.2016-ci il təvəllüdlü X3 birinci tərəf Ərizəçi himayəsində saxlanılması bə birinci tərəfin yaşadığı Quba şəhəri 32.33 kvartal da uşaqlarla birlikdə yaşamasına etmir. İkinci tərəf Maraqlı şəxs birgə nikah dövründə dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü Zülfüqar Orxan oğlu və xx.xx.2016-ci il təvəllüdlü X3 birinci tərəf Ərizəçi himayəsində saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 125 (bir yüz iyirmi beş) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli manat ) olmaqla bank, kart, poçt və ya nağd formada ödəməyi ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürür. 3.Birinci tərəf Ərizəçi özü ilə gəlin köçdüyü vaxt apardığı cehiz əmlaklarını ikinci tərəf Maraqlı şəxs geri qaytarılmasına etiraz etmir. Qızıl zinyət əşyaları ikinci tərəf birinci tərəfə xx.xx.2024-cü il tarixdə (qızıllar lombarddadır) təhvil verəcəyini öz öhdəsinə götürür. 4.Tərəflər birgə nikah dövründə dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü Zülfüqar Orxan oğlu və xx.xx.2016-ci il təvəllüdlü X4 ilə ikinci tərəf Maraqlı şəxs hər həftənin şənbə günü 10:00 dan ax.am 21:00 dək, bazar günü saat 10:00 dan axşam saat 21:00 dək görüş üçün Ərizəçi etiraz etmir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi ilə nikanın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, aliment və uşaqlarla ünsiyyət məsələsi qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin nikanın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, aliment və uşaqlarla ünsiyyətlə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Quba 1 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barşıq Sazişi”nin bəndləri məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar