Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-143/2020 01.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində tikinti öz hesabına sökülməsi, Cavabdeh Rəhim oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınaraq ona verilməsi, iddia qaldırmaqla əlaqədar ödədiyi 30(otuz) manat dövlət rüsumu cavabdehden alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Quba şəhəri 31-ci məhəlləsində 0,08 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir.Bu torpaq sahəsi ona Quba rayon Bələdiyyəsinin xx.xx.2005- ci il tarixli 12/2 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədiylə verilmişdir.Həmin torpaq sahəsinə onun mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-i il tarixli seriya KX N-1166973 Daşınmaz Əmlakın Dövlət Reyestırındən çıxarışla habelə həmin daşınmaz əmlakın texniki pasportu ilə təsdiq olunmuşdur. O, Quba şəhərində yaşayır, lakin bir gün həmin ərazidə tikinti materialları ev tikmək məqsədiylə gətirərək Cavabdeh Rəhim oğlu ona məxsus torpaq sahəsinin 25 kv zəbt edərək mişar daşından ev tikdiyini görmüş və o, zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh onun ərazisinin xeyli hissəsini zəbt etmişdirki buda onun arxitektura lahiyəsini tamamilə pozmuşdur.Bu barədə onun atası ilə danışmış, mübahisənin tənzimlənməsinə son qoymaq istəsəmdə nəticə olmadı. Ona görə də məhkəməyə iddia ərzəsi ilə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində tikinti öz hesabına sökülməsi, Cavabdeh Rəhim oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınaraq ona verilməsi, iddia qaldırmaqla əlaqədar ödədiyi 30(otuz) manat dövlət rüsumu cavabdehden alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddia tələbini qəbul edərək göstərdi ki, iddiaçının ərazisinə girmiş və torpaq tələbinə dair iddiaçıya heç bir etirazı yoxdur. Qeyd olunanları nəzərə alaraq qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DT və XK Quba rayon şöbəsinin 79 nömrəli arayışından görünür ki, Quba Rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı sözügedən 0.08 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, **********91 nömrəli 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olur ki, Cavabdeh faktiki istifadə edib tikinti apardığı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətindəki 34.68 kv. Metr hissəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətində 34.68 kv.metr torpaq sahəsində aparılmış tikinti cavabdehin hesabına sökülməli, Cavabdeh Rəhim oğlu tərəfindən zəbt olunmuş 34.68 kv.metr torpaq sahəsi İddiaçı qaytarılmalı və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat Cavabdeh Rəhim oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Rəhim oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub istiqamətində 34.68 kv.m torpaq sahəsində aparılmış tikinti cavabdehin hesabına sökülsün və həmin zəbt olunmuş 34.68 kv.metr torpaq sahəsi İddiaçı qaytarılsın. Dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat Cavabdeh Rəhim oğlundan tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-143/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-143/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver