Məhkəmə qərarları › İş №2(027)-1433/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1433/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1433/2020 12.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X4 ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1994-cü il tarixdə X3 şəhərində doğulmuşdur. Atası X12 xx xxxxxxxx 1968-ci ildə qusar rayonunun Şirvanovka kəndində anadan olmuş, anası X6 xx xxxxxx 1976-cı ildə anadan olmuşdur. Atası ilə anasının rəsmi nikahları olmamışdır. Atası X12 1997-ci ilə kimi Rusiya Federasiyasında onlarla yaşamışdır. Daha sonra onları da götürərək Qusar rayonunun Şirvanovka kəndinə gəlmişdir.. Bundan bir il sonra 1998-ci ildə atası X3 şəhərinə geri qayıtmışdır. Həmin ildə Rusiya Federasiyasında olan tanışları onlara atasının ölməsi barədə xəbər göndərmişlər. Daha sonra atasının X2 Federasiyasının Taqanroq şəhərinə getmişdir və orada atasının çaya düşərək ölməsi xəbərini almışdır. Həmin gündən 22 ilə yaxın zaman keçməsinə baxmayaraq atası barədə heç bir məlumat yoxdur. Bu illər ərzində atasından heç bir xəbər almamışlar. Dəfələrlə atası ilə bağlı məlumat almaq istəsələr də, araşdırmaları heç bir nəticə verməmişdir. Atasını itkin düşməsi ilə bağlı məlumat almaq Qusar rayon poliş şöbəsinə müraciət etmişlər. Qusar rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən atasının 22 il bundan əvvəl itkin düşməsi qeyd edilmişdir. Hazırda vərəsəlik işləri ilə bağlı atası X4 məhkəmə qaydasında ölmüş elan edilməsi tələb olunur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1994-ci il tarixdə Rusiya Federasiyası, Rostov vilayəti, Taqanroq şəhərində anadan olmuş və Quba rayonu, Əski-İğrıq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qusar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 xx.xx.1968-ci ildə Qusar rayonu, Şirvanovka kəndində anadan olmuşdur. Onun atası X8, anası isə X10 olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X1 dəfə getdiyi yer Rusiya Federasiyasıdır və onun barəsində son 22 il ərzində heç bir məlumat daxil olmamışdır. Ona görə də, X9 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1968-ci ildə Qusar rayonu, Şirvanovka kəndində anadan olmuş X12 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1968-ci ildə Qusar rayonu, Şirvanovka kəndində anadan olmuş X12 ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün X4 ölüm günü sayılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar