Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1452/2020 07.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment üzrə yaranmış borcun ödənilməsindən azad edilməsi və alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X1 ilə əlaqədar ondan tutularaq Cavabdeh hər ay veriləcək alimentin miqdarının azaldılması və yaranmış 4.200 manat borcu ödəməkdən tamamilə azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə onların nikahlarının ləğv edilməsi və uşaqların iddiaçının yanında saxlanılması və xx xxx 2019-cu il tarixdən başlamaqla xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi barədə qərar qəbul etmişdir. Qətnamənin alimentin tutulması hissəsində icraya yönəldilmişdir. Hal-hazırda ondan məhkəmədə iddia tələbinə baxıldığı dövr üçiin, xx xxx 2019-cu il tarixdən hal-hazıra kimi olan 14 ayın alimenti, yəni 4.200 manat pul tələb edilir. O, bu pulu ödəmək iqtidarında deyil. Tələb edilən pul onun təqsiri üzündən yaranmamışdır. Borc iddia tələblərinə məhkəmədə baxılan dövrdə yaranmışdır. Cavabdeh alimentə ehtiyacı olsaydı o, ən azı qanunvericiliyə uyğun olaraq ondan iddia tələbinə baxılana kimi müvəqəti olaraq aliment tutulması barədə məhkəmədən qərardad çıxardmasını xahiş edə bilərdi. Bu qərardad dərhal icraya yönəldilir və belə qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır.Ölkəmizdə və dünyada yaranmış karantin rejimi ilə əlaqədar olaraq son 6 ayda heç harada işləmir və borcun ödənilməsi məqsədi ilə satılası əmlakım mövcud deyildir ki, satıb alimenti ödəsin. Onun əsas gəliri Rusiya Fedarasiyasında olan biznesindəndir. Karantin rejimi ilə əlaqədar olaraq Rusiya Fedarasiyasına gedə bilmədiyindən həmin qazancından da məhrum olmuşdur. Nəticədə son 6 avda heç bir qazancı yoxdur. Belə olan halda onun 4.200 manat məbləğində aliment borcunu ödəmək iqtidarında deyil. Eyni zamanda hər uşaq üçün 300 manat ödəmək ona çətinlik törədəcəkdir. Ona görədə aylıq ödəmənin məbləğinin hər uşaq üçün 100 manata azaldılması məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx xxxxx 2010-cu il tarixdə anadan olmuş X1 ilə əlaqədar ondan tutularaq Cavabdeh hər ay veriləcək alimentin miqdarının azaldılması və yaranmış 4.200 manat borcu ödəməkdən tamamilə azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, bundan əvəl onların işinə məhkəmədə baxılan zaman hazırki işdə iddiaçı və onun vəkili tərəfindən müxtəlif vaxtlarda əsassız vəsatətlər verilərək həmin işin baxılmasının müddəti uzadılmışdır. Hazırda isə o, iki uşağına tək olaraq baxır və onların saxlanmasında maddi cəhətdən çox çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddianın təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, həmçinin cavabdehin iddiaya etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-154/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah qeydi pozulmuş, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 anası- Cavabdeh himayəsində saxlanılmaqla, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkdiyini və mövcud iqtisadi şəraitini, o cümlədən işləməməsini nəzərə alınaraq, aliment üzrə yaranmış borcun ödənilməsindən azad edilməsi və alimentin azaldılması barədə iddia tələbi əsassızdır, ona görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment üzrə yaranmış borcun ödənilməsindən azad edilməsi və alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin eilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1452/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1452/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver