Məhkəmə qərarları › İş №2(027)-1507/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1507/2024

10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1507/2024 10.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 Mərkəzi”ndə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla həyat yoldaşı X7 birgə nikahından xx.xx.1994-cü il tarixdə bir qız uşağı doğulmuşdur. Uşaq, iyul 1995-ci il tarixdə xəstələnəndə onu ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 Mərkəzi”-nə aparmışdır. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını qorumaq mümkün olmamışdır. Nəticədə, X5 08 ay yaş həddində, xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X1 ölümü ilə bağlı rəsmi sənədləri özündə aşkar edə bilməmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 mərkəz”-inə müraciətinə şifahi cavab olaraq, uşağın ölümü ilə bağlı sənədi yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışına əsasən X5 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Onun atası Ərizəçi, anası X9r. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 19 nömrəli arayışına əsasən, X3 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 03-16-5/8-xx-xx/2024 nömrəli arayışına əsasən, Maraqlı şəxsndə 1992-1998-ci illərdə X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Həmin məktubla məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən onun, X7 və X10 birgə tərtib etdiyi həmin aktla onlar, X1 xx.xx.1994-cü il tarixdə Quba rayonunun 1-ci Nügədi kəndndə doğulduğu və xx.xx.1995-ci il tarixdə öldüyünü təsdiq etmişlər. JN : 0009 nömrəli, KOD 30319018 kodlu “Torpağa mülkiyyət hüququna dair” X25 regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş surətinə əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.19 ha torpaq sahəsi onun-Ərizəçi, X7, X4, X2 və X1 birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, Ərizəçi baldızının yoldaşıdır. Ərizəçinin qızı Gültac xəstə olmuş və xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, Ərizəçi onun qaynıdır. Ərizəçinin qızı Gültac anadangəlmə iflic olmuşdur. Gültac xəstəxanada vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1994-cüi il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, atası Ərizəçi, anası X9r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 47 №li məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışından görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 1992-1998-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan JN-0009 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə Ərizəçi, X14, X12, X8 və X1 mülkiyyətinə Quba rayonu Nügədi kəndi ərazisindən 1,19 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Quba rayonun İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin Qaraçay kənd sakini olmuş mərhum X5 xx.xx.1994-cü il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Aktın doğruluğu Ərizəçi, X14 və X18 tərəfindən imza ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 18 dekabr 1994-cü il təvəllüdlü X1 09 avqust 1995-ci il tarixində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 Mərkəzi”ndə ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 18 dekabr 1994-cü il təvəllüdlü X1 09 avqust 1995-ci il tarixində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 Mərkəzi”ndə ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 dekabr 1994-cü il təvəllüdlü X1 09 avqust 1995-ci il tarixində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X22 Mərkəzi”ndə ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar