Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1515/2024 26.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 04 may 1934-cü il təvəllüdlü X2 9 oktyabr 1991-ci il tarixdə, anası 20 may 1934-cü ildə təvəllüdlü X6 25 yanvar 1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ərizəni atasına aid olan hissəsində dəqiqləşdirərək, atası X2 09 sentyabr 1991-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X4 04 may 1934-cü il tarixdə anadan olmuş, 09 sentyabr 1991-ci il tarixdə vəfat etmiş, anası X11 20 may 1934-cü ildə anadan olmuş, 25 yanvar 1992-ci il tarixdə vəfat etmişdir. Hər ikisi 1-ci Nügədi kənd ərazisində yerləşən kənd qəbiristanlığında dəfn ediliblər. İndiyə qədər nə atasına, nə anasına ölüm haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X2 və X6 ölüm akt qeydi aşkar edilməyib. Qeyd etmişdir ki, ata və anasına məxsus olmuş və ölənə kimi birlikdə yaşadıqları, eyni zamanda bacılarının, qardaşının və onun doğulub böyüdükləri ata evi indiyə kimi atasının adına olaraq qalmışdır. Hazırda həmin evlə bağlı hər hansı bir qərar verə bilmir. Bunun üçün öncə vərəsəlik açılmalı və bundan sonra proseslər davam etməlidir. İndiki halda isə vərəsəlik açılması üçün ata və anasına aid ölüm aktları əldə edilməlidir. Buna görə də məhkəmə qaydasında atasının və anasının ölüm faktının müəyyən edilməsi zəruridir. Uzun illər Rusiyada yaşadığı ücün Azərbaycana gəldikdən sonra şəxsiyyət vəsiqəsi alan zaman qeydiyyatla bağlı problemlə üzləşmişdir. Hazırda ata evində yaşasa da ev üzərində sərəncam vermək hüququ olmadığı üçün yaşadığı ünvana qeydiyyata düşə bilmir. Buna görə də rəsmi qeydiyyat ünvanının ünvan 1 olaraq qeyd edilib. Lakin faktiki yaşayış ünvanı Quba rayon 1-ci Nügədi kəndidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirmişdir ki, Ərizəçi onun qaynı, X7 qaynatası, X9 qaynanasıdır. X7 09 sentyabr 1991-ci il tarixində və X9 25 yanvar 1992-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində vəfat etmiş, həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. O, da onların dəfnində iştirak etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, Ərizəçin onun qardaşı, X7 atası, X9 anasıdır. X1 09 sentyabr 1991ci il tarixində və anası X9 25 yanvar 1992-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində vəfat etmiş, həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. O, da onların dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın İ Nügədi İƏD üzrə icra nümayəndəliyindən verilmiş AZ-T seriyalı, 154275 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, X1, anası X8r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 147 №li məktubundan görünür ki, X7 və X5 ölməsi barədə qeydlər aparılmadığından, onların ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 47 nömrəli arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 1992-1995-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 48 nömrəli arayışından görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 1991-1995-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 04 may 1934-cü il təvəllüdlü X3 09 sentyabr 1991-ci il tarixində və 20 may 1934-cü ildə təvəllüdlü X5 25 yanvar 1992-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində ölmələrini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 04 may 1934-cü il təvəllüdlü X3 09 sentyabr 1991-ci il tarixində və 20 may 1934-cü ildə təvəllüdlü X5 25 yanvar 1992ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 may 1934-cü il təvəllüdlü X3 09 sentyabr 1991-ci il tarixində və 20 may 1934-cü ildə təvəllüdlü X5 25 yanvar 1992-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1515/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1515/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver