Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1553/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və X1 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və X1 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və X5 ərizə ilə məhkəməyə müraciət edərək, onlarla, yəni Ərizəçi2 və Ərizəçi1 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və X5 iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, Ərizəçi1 Maraqlı şəxs ilə 2020-ci il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Aralarındakı münasibətlərin uyğun gəlməməsi səbəbi ilə qeyri rəsmi olaraq ayrılmışlar. Daha sonra isə rəsmi qaydada Quba Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Maraqlı şəxs ilə aralarındakı münasibətlər bitdikdən sonra o, Ərizəçi2 ilə qeyri rəsmi qaydada bir ailə kimi yaşamağa başlamışdır. Ərizəçi2 ilə faktiki nikah münasibətindən 14 mart 2022-cl il təvəllüdlü Yağmur adlı qızı doğulmuşdur. Övladları Yağmur onunla Maraqlı şəxs nikahının pozulması vaxtından 300 gün ərzində doğulduğu üçün qanunun tələbinə əsasən uşağa doğum haqqında şəhadətnamə alınarkən adı “X3”, ata adı “Maraqlı şəxs, soyadı isə Piriyeva kimi qeyd olunmuşdur. Maraqlı şəxs özü də uşağın atasının o deyil, Ərizəçi2 olduğunu bilir və bununla bağlı aralarında olan mübahisəni həll etmək üçün qanunvericiliyin tələbindən çıxış edərək ilkin olaraq mediasiyaya müraciət etmişlər. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onlar, yəni Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 22 may 2023-cü il tarixli üç tərəfli müqavilə imzalanmışdır. Tam mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı onlar, yəni Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixdə Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın atasının Maraqlı şəxs olmamasını etiraf etmiş, onlar, yəni Ərizəçi1 və Ərizəçi2 14 mart 2022-ci il tarixdə doğulmuş Piriyeva Yağmurun atasının Ərizəçi2 olmasını etiraf etmiş, tərəflər, yəni Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixdə doğulmuş Yağmur Piriyevaya dair Ərizəçi2 atalığının müəyyən edilməsinə etiraz etməmiş, Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixdə Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın adına verilmiş Quba regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd olunmuş 16 iyun 2022-ci il tarixli, 1084 nömrəli doğum akt qeydində soyadı, ata adı və atası qrafasında dəyişiklik edilərək, soyadının Nəhmətzadə, ata adının Elgün, atası qrafasında isə Ərizəçi2 yazılmasına etiraz etməmişlər. Lakin, hal-hazırda qanunvericilikdə mediasiya institunun yeniliyi ilə bağlı bəzi məsələlər tənzimlənmədiyi üçün barışıq sazişinin məhkəmə qərarı olmadan icrasında çətinliklə qarşılaşmışlar. Ona görə də mediasiya prosesində aralarında Sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və X5 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında, xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, Ərizəçi2, X5 və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişində qeyd edilmişdir ki, tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 oğlu 14 mart 2022-ci il tarixində Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın atasının Maraqlı şəxs olmamasını etiraf edirlər. Tərəflər Ərizəçi1 və Ərizəçi2 14 mart 2022-ci il tarixində doğulmuş Piriyeva Yağmurun atası Ərizəçi2 olmasını etiraf edirlər. Tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixində doğulmuş Yağmur Piriyevaya dair Ərizəçi2 atalığın müəyyən edilməsinə etiraz etmirlər. Tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixində Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın adına verilmiş Quba regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd olunmuş 16 iyun 2022-ci il tarixli, 1084 nömrəli doğum akt qeydində soyadı, ata adı və ata adı qrafasında dəyişiklik edilərək, soyadının Nəhmətzadə, ata adının Elgün, ata qrafasında isə Ərizəçi2 yazılmasına etiraz etmirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 oğlu 14 mart 2022-ci il tarixində Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın atasının Maraqlı şəxs olmamasını etiraf edirlər. Tərəflər Ərizəçi1 və Ərizəçi2 14 mart 2022-ci il tarixində doğulmuş Piriyeva Yağmurun atası Ərizəçi2 olmasını etiraf edirlər. Tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixində doğulmuş Yağmur Piriyevaya dair Ərizəçi2 atalığın müəyyən edilməsinə etiraz etmirlər. Tərəflər Ərizəçi2, Maraqlı şəxs və Ərizəçi1 14 mart 2022-ci il tarixində Ərizəçi1 doğulmuş Yağmur Piriyevanın adına verilmiş Quba regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeyd olunmuş 16 iyun 2022-ci il tarixli, 1084 nömrəli doğum akt qeydində soyadı, ata adı və ata adı qrafasında dəyişiklik edilərək, soyadının Nəhmətzadə, ata adının Elgün, ata qrafasında isə Ərizəçi2 yazılmasına etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin icrasına maneə törətmədiyini bildirmişdir. Məhkəmə belə olan halda, hesab edir ki, maraqlı şəxsxx.xx.2023-cü il tarixli barışıq sazişinin icrasından boyun qaçırmış olsaydı, o zaman ərizəçilər məhkəməyə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün müraciət edə bilərdilər. Lakin, göründüyü kimi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin icrasından boyun qaçırmamış, onun icrası təmin edilməsinə heç bir maneələr törətməmişdir. Həmçinin, Məhkəmə onu da qeyd edir ki, atalığın mübahisələndirilməsinə dair mübahisələr ilk öncə ilkin mediasiya prosesi tətbiq edilməklə, iddia icraatı qaydasında məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barşıq sazişinin könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, Ərizəçilər barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilər Ərizəçi2 və X1 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizələri təmin olunmamalıdır. Çünki hazırki barışıq sazişi ilə bağlı mübahisə mövcu deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi2 və X1 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizələri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1553/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1553/2023
14.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver