Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1579/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “əri X2 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1947-ci il tarixdə Quba şəhərində anadan olmuş əri X2 xx.xx.2012-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə xx.xx.1975-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Əri X3 xx.xx.1947-ci ildə Quba şəhərində anadan olmuş, xx.xx.2012-ci il tarixdə isə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qanunvericiliyi bilmədikləri üçün oğlunun ölümü haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Maraqlı şəxsnə rəsmi müraciət olunmuş və X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadığından, bununla bağlı məhkəməyə müraciət olunmasını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 qeyd etmişdir ki, ərizəçi və onun mərhum həyat yoldaşı onun qoşusu olmuşdur. Yas mərasimində o, iştirak etmiş və mərhum X1 şəhəri qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 ilə Süleymanova Mötərbər Paşa qızı arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmış. Nikahdan sonra Süleymanova Mötəbər Paşa qızına “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.1947-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan X2 məzardaşı fotoşəkildən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, mərhum X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1947-cı ildə Quba şəhərində anadan olmuş X2 xx.xx.2012-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1947-cı ildə Quba şəhəridnə anadan olmuş X2 xx.xx.2012-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1579/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1579/2020
09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver