Məhkəmə qərarları › İş №2(027)-1609/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1609/2020

29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1609/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası xx.xx.1959-cu il tarixdə doğulmuş X1 xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 onun anasıdır. Z.Məmmədova xx.xx.1959-cu il tarixdə Quba şəhərində doğulmuş və ölən günə kimi Quba şəhərində yaşamışdır. Uzun sürən xəstəlikdən sonra anası X3 xx.xx.2013-cü tarixdə Quba şəhərində ölmüş və Quba şəhər qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimləri ilə bağlı anasının ölümünü vaxtında qeydə aldıra bilməmişlər. Anası X1 xx.xx.2013-cü il tarixdə ölməsi Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 1734 saylı arayışı və Akt ilə də təsdiq olunur. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar anası X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 76 saylı məktubu ilə X1 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Zairət Məmmədovanın xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölməsi və Quba şəhər qəbiristanlığında dəfn olunmasını dəfn mərasimlərində iştirak etmiş şəxslər təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahidlər X4 və X2 bildirdilər ki, ərizəçinin anası X3 xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölmüş, şəhər qəbristanlığında dəfn edilmiş, onlar da dəfn mərasimində iştirak etmişlər. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, X3 xx.xx.1959-cu ildə Quba şəhərində anadan olmuş, Quba şəhərində vəfat etmiş və şəhər qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan aktdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölməsini dəfn mərasimində iştirak edən şəxslər təsdiq etmişlər. İş materiallarında olan Maraqlı şəxs məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi anası xx.xx.1959-cu il tarixdə doğulmuş X1 xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə dəərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi anası xx.xx.1959-cu il tarixdə doğulmuş X1 xx.xx.2013-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar