Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1609/2021 06.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, qardaşı X2 04.05.1989-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş və həmin kənddə yaşamışdır. 2007-ci ilin iyun ayında hərbi xidmətə çağırılmış və həqiqi hərbi xitmətə Göranboy rayon N saylı hərbi hissəyə getmişdir. 2008-ci ildə qardaşı Əzizin hərbi hissədən qaçması barədə məlumat daxil olmuşdur. Qardaşı hərbi xidmətdən qaçaraq evə gəlmişdir. 2008-ci ilin oktyabr ayında o, böyük qardaşı ilə birlikdə qardaşı Əzizi yenidən hərbi hissəyə qaytararaq təhvıl vermişlər. 2009-cu ilin təxminən fevral ayında qardaşının qulluq etdiyi Goranboy rayon N saylı hərbi hissəsindən yenidən qacması barədə məlumat vermişlər. Bu günədək qardaşının harada olmasından və ya sağ olmasından xəbərsizdirlər. QardaşıHərbi hissədən qacdıqı üçün Azərbaycan Respublikasının CM 333.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Bir cox müraciətlərinə baxmayaraq bu günədək qardaşı X3 barəsində hec bir xəbəri ala bilməmişdir. Atasına məxsus ev və pay torpaqları ilə bağlı sənədləşmə işləri aparmaq istəyir, lakin qardaşı üçün ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən evin və pay torpaqlarının sənədlərini hazırlaya bilmirlər. Qardaşının axtarışı istiqamətində dəfələrlə polis orqanlarına mücaiətlər etsə də, heç bir nəticə əldə edilməmişdir. Qardaşı Əzizin itkin və ya əsir düşməsi barədə heç bir rəsmi məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq, 04.05.1989-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş qardaşı X1 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyin 11.06.2021-ci il tarixli 209 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu, Səbətlər kəndində yaşayır; Quba rayon Polis şöbəsinin 11.06.2021-ci il tarixli 7/38 nömrəli məktubundan görünür ki, Quba rayonu, Səbətlər kənd sakini Ərizəçi qardaşı 04.05.1989-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş Goranboy rayonunda yerləşən hərbi hissədə xidmət edən X2 27.12.2008-cı il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə cinayət işi başlanılmaqla barəsində 25.02.2009-cu il tarixdə 22089 saylı axtarış işi açılmışdır. X1 tapılması istiqamətində Quba RPŞ tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin bu günədək hər hansı müsbət nəticə əldə edilməmişdir; məhkəmənin 30.07.2021-ci il tarixli sorğusuna əsasında Quba RPŞ-dən daxil olmuş X1 barəsində 25.02.2009-cu il tarixdə açılmış 22089 nömrəli axtarış işinin materiallarından görünür ki, 04.05.1989-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş X1 27.12.2008-cı il tarixdə xidmət etdiyi Goranboy rayonunda yerləşən hərbi hissəni özbaşına tərk etməsinə görə Tərtər Hərbi Prokurorluğunda istintaq aparılan 19/40714 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə cinayət işi başlanılmış, barəsində 25.02.2009-cu il tarixdə 22089 saylı axtarış işi açılmış və yerinin müəyyən edilməsi üçün 2009-cu ildən hazıradək əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir; Tərtər Hərbi Prokurorluğunun 14.09.2021-ci il tarixli 22HP4708 nömrəli məktubundan görünür ki, 04.05.1989-cu il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər X1 26.12.2008-ci il tarixdə xidmət yerini özbaşına tərk etməsi faktı üzrə 08.01.2009-cu il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Tərtər Hərbi Prokurorluğuna göndərilmişdir.19/40714 nömrəli cinayət işi üzrə 18.02.2009-cu il tarixdə Əziz Hacıyevin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 333.4-ci maddəsinə tövsif edilmiş, barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi iddia tələbinin əsası kimi qardaşı 04.05.1989-cu il təvəllüdlü X2 2007-ci ildə hərbi xidmətə getdiyi, 2009-cu ildə isə xidmət etdiyi hərbi hissədən qaçdığını və bugünədək yerinin müəyyən olunmamasını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İddiaçının təqdim etdiyi məlumatlar heç də X1 ölmüş elan edilməsi üçün əsas ola bilməz. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs xidmət etdiyi yeri, yaşadığı yeri tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 5 il ərzində real hərəkətlər həyata keçirilməlidir. İşin materiallarına əlavə edilmiş 22089 nömrəli axtarış işindən görünür ki, həqiqətən də X1 barəsində 25.02.2009-cu il tarixdə 22089 saylı axtarış işi açılmış və sonuncunun yerinin müəyyən edilməsi istiqamətində 2009-cu ildən hazıradək bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Daha ətraflı desək, həmin müddət ərzində X1 yaxınları polis şöbəsinə dəvət olunaraq izahatları alınmış, X1 qeydə alındığı ünvana baxış keçirilmiş, axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə Respublika üzrə polis bölmələrinə (şöbələrinə), Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Lakin, məhkəmə hesab edir ki, 04.05.1989-cu il təvəllüdlü X1 axtarışı istiqamətində Quba RPŞ-si tərəfindən bir çox təqbirlər həyata keçirilmiş olsa da, bu faktlar X1 ölmüş elan edilməsi üçün kifayət deyildir. Belə ki, X1 hər hissəni tərk etməsini nəzərə alaraq, onun əsir düşə biləcəyi “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasından araşdırılmamış, düşmən tərəfə keçməsi halları ilə bağlı müvafiq qurumlara sorğular verilməmiş, Dövlət sərhəddini qanuni və ya qanunsuz yolla keçməsi və ölkədən qaçması aydınlaşdırılmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, X2 iki dəfə hərbi hissəni özbaşına tərk etməkdə cinayət əməlini törətməsini dərk etdiyindən, məhz bu səbəbdən yaşayış yerinə qayıtmadan hüquq mühafizə orqanlarından gizlənmişdir. Onu da qeyd etmək lazımdır ki, X2 bu günədək Azərbaycan respublikasının ərazisində ölmüş olsaydı, onun şəxsiyyəti müəyyən edilərək ailə üzvlərinə bu barədə məlumat verilmiş olardı. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1609/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1609/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver