Məhkəmə qərarları › İş №2(027)-161/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-161/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-161/2023 30.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi həmçinin vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı, cavabdehlər X19 Xidmət Mərkəzi Notariat Ofisi və Cavabdeh1 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X19 Xidmət Mərkəzi Notariat Ofisi və Cavabdeh1 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 adına X19 Xidmət Mərkəzində verilmiş 04 sentyabr 2019-cu il tarixli, reyestrdə 2V-866 nömrə ilə qeydiyyata alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Torpağın Mülkiyyət verilməsinə dair JN-502F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,16 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka qanunu üzrə vərəsəlik hüququnun tanınaraq, miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 adına X19 Xidmət Mərkəzində verilmiş 04 sentyabr 2019-cu il tarixli, reyestrdə 2V-866 nömrə ilə qeydiyyata alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun nəticələri etibarsız hesab edilməklə ləğv edilməli, 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Torpağın Mülkiyyət verilməsinə dair JN-502F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,16 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka mirasın qəbul edilməsinin müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə X5 05 iyun 1956-cı il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından İddiaçı və qardaşları Cavabdeh1, X13 anadan olmuşdur. X5 23 iyun 1972-ci il tarixində X4 isə 08 fevral 2002-ci il tarixində vəfat etmişdir. Anası və atasının vəfatından sonra birinci dərəcəli vərəsələri o İddiaçı və qardaşları Cavabdeh1, X13 qalmışdır. X1 ünvan 2i ünvanında yerləşən JN-502F KOD 30327028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən fərdi yaşayış evi və JN-0024 KOD 30307038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən torpaq sahəsi miras qalmışdır. X2 məxsus ünvan 2i ünvanında yerləşən JN-502F KOD 30327028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən fərdi yaşayış evində bir ailə kimi yaşamışlar. İddiaçı 1980-ci ildə ailə quraraq Bakı şəhərinə köçmüşdür. Qardaşı Cavabdeh1 ayrı təsərüfat sahibi olduğundan, digər qardaşı X13 uzun illərdir Rusiyada olduğundan atasının vəfatından sonra anası həmin evdə tək yaşadığından anası onunla qalması üçün Bakı şəhərinə aparmışdır. Onlar anası ilə birlikdə ilin qış fəsilini Bakı şəhərində, digər vaxtlarda isə ünvan 1ində yerləşən fərdi yaşayış evində qalmışlar. Hətda X4 08 fevral 2002-ci il tarixində onun Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Anasının dəfn mərasimini elə anasına məxsus evdə keçirmişdir. Anasının vəfatından sonra ona məxsus ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, ailə məişət qayğıları və xəstəliyili ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almasa da, anasından qalan o sahiblik edərək həmin evdə təmir işləri görmüşdür. Həyətində ağaclar əkmişdir, evi kirayə vermiş, hal-hazırda da evdə kirayəçi qalır. X4 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməsə də anasının ölümüdən sonra ondan qalmış mirası idarə etməklə mirası qəbul etmişdir. Belə ki, anasından qalan evə sahiblik edərək həmin evdə təmir işləri görmüş, həyətində ağaclar əkmiş, evi kirayə vermiş halhazırda da evdə kirayəçi qalır. Bir neçə müddət bundan əvvəl X19 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, bu zaman ona məlum olmuşdur ki, 2019-cu ildə qardaşı Cavabdeh1 vərəsəlik işi açdırmış və miras əmlaka təkbaşına vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni qanunsuz hesab edir. Belə ki, anamısının dəfn və digər xərclərini də çəkməklə, anasından qalan evə sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Beləliklə göründüyü kimi, anaları miras qoyan X8 məxsus ünvan 2i ünvanında yerləşən JN-502F KOD:30327028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən fərdi yaşayış evini miras əmlakı faktiki idarə etməklə mirası qəbul etmişəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, anası ölməmişdəm qabaq, anası öləndən sonra ondan qalmış miras əmlakı idarə etmiş, anası onun yanında Bakı şəhərində ölmüş, onu ünvan 1inə gətirərək dəfn etmişdir. Onun dəfnindən sonra ondan qalmış Torpağın Mülkiyyət verilməsinə dair JN-502F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,16 ha həyətyanı torpaq sahəsini və üzərində olan evi idarə etmiş, evə baxmış, onu kirayə vermiş, kommunal xərclərini ödəmiş, torpaq sahəsini idarə etmişdir. Bu gün də həmin torpaq sahəsinin üzərində olan evin açarları ondadır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddianı qəbul etdiyini və təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon Alpan kənd soveti tərəfindən 10 iyun 1976-cı il tarixdə verilmiş İV-JQ 374781 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə ünvan 1ində anadan olmuş, X5, X4dır. İş materiallarına əlavə olunmuş Quba rayon VVADQ şöbəsi tərəfindən 19 fevral 2002-ci il tarixdə verilmiş AZ 144199 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 08 fevral 2002-ci il tarixdə ünvan 1ində ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Xucbala İƏV üzrə nümayəndəliyi tərəfindən 15 aprel 2011-ci il tarixdə verilmiş AZ-İ 489447 nömrəli ölüm haqqında şəhadənamədən görünür ki, X11 23 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş, X19 Xidmət Mərkəzinin Notariat Ofisinin 21 sentyabr 2022-ci il tarixli, 2464 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir, mirasın qəbul müddətini ötürdüyündən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2011-ci il tarixli, 1020 nömrəli və 02 fevral 2023-cü il tarixli, 071 nömrəli arayışından görünür ki, X10 08 fevral 2002-ci ildə vəfat etmiş və vəfat etdikdən sonra onun Cavabdeh1, X13, İddiaçı adlı vərəsələri olmuş, hal-hazırda evi və təsərrüfatı İddiaçı idarə edir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Xucbala İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2011-ci il tarixli, 1018 nömrəli arayışdan görünür ki, X13 1995-ci ilə kimi ünvan 1ində yaşamış və hal-hazırda Rusiya Federasiyasında yaşayır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 saylı Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, qərarı ilə X3 təsərrüfatı məhsullarının istehsalı məqsədilə ünvan 1i ərazisindən 0,47 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-502F KOD 30327028 saylı Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X8 və X12 fərdi yaşayış evinin tikinti məqsədilə ünvan 1i ərazisindən 0,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan X19 Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi Cavabdeh1 JN-0024 KOD 30307038 saylı Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,47 ha torpaq sahəsindən ibarətdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçının X4 ilə X5 05 iyun 1956-cı il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuş, birgə nikahlarından İddiaçı, Cavabdeh1, X13 doğulmuş, X11 23 iyun 1972-ci il tarixində, miras qoyan X10 isə 08 fevral 2002-ci il tarixində vəfat etmiş, onların vəfatından sonra birinci dərəcəli vərəsələri İddiaçı, Cavabdeh1, X13 qalmışdır. Miras qoyan X6 ünvan 2i ünvanında yerləşən JN-502F KOD 30327028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,16 ha torpaq sahəsi və JN-0024 KOD 30307038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən ünvan 2ində 0,47 ha torpaq sahəsi miras qalmış, İddiaçı 1980-ci ildə ailə quraraq Bakı şəhərinə köçmüş, vərəsələrdən Cavabdeh1 ayrı təsərüfat sahibi olduğundan ayrı yaşamış, digər vərəsə X13 isə 1995-ci ildən yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Miras qoyan X10 tək qaldığından İddiaçı miras qoyanla birlikdə qeydiyyatda olduğu Bakı şəhərində, digər müəyyən müddət miras əmlakın olduğu yerdə yaşamışlar. Beləliklə miras qoyan X6 qalmış miras əmlakı İddiaçı qəbul etmiş, digər vərəsə X13 isə miras qoyan vəfat etməmişdən qabaq Rusiya Federasiyasına getmişdir. İddiaçı miras əmlakı faktiki qəbul edərək idarə etsə də, yalnız 2022-ci ildə miras əmlaka vərəsəlik işinin açılması üçün X19 Xidmət Mərkəzinin Notariat Ofisinə müracət etmiş, mirasın qəbulu üçün müddəti buraxıldığı barədə məktub vermiş, həmçinin digər vərəsə olan qardaşı Cavabdeh1 miras qoyan X6 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən ünvan 2ində 0,47 ha torpaq sahəsinə 1/1 hissə, yəni tam payla 04 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə isə miras qoyan X7 vərəsələri gizlədilərək yalnız cavabdehin adı qeyd edilmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, miras qoyan 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 adına X19 Xidmət Mərkəzində verilmiş 04 sentyabr 2019-cu il tarixli, reyestrdə 2V-866 nömrə ilə qeydiyyata alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun nəticələri etibarsız hesab edilməklə ləğv edilməli, 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Torpağın Mülkiyyət verilməsinə dair JN-502F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,16 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı mirası qəbul etməsi müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Miras qoyan 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 adına X19 Xidmət Mərkəzində verilmiş 04 sentyabr 2019-cu il tarixli, reyestrdə 2V-866 nömrə ilə qeydiyyata alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun nəticələri etibarsız hesab edilməklə ləğv edilsin. Miras qoyan 08 fevral 2002-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Torpağa Mülkiyyət Hüququna dair JN-0024 KOD 30307038 nömrəli Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Torpağın Mülkiyyət verilməsinə dair JN-502F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,16 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı mirası qəbul etməsi müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar