Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1610/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1933-cü il tarixdə Quba rayonu, Buduq kəndində anadan Səfərova Zöhrə Məhsim qızının xx.xx.1990-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Quba şəhərində doğulmuş, anası Səfərova Zöhrə Məhsim qızı xx.xx.1933-cü il tarixdə Quba rayonu, Buduq kəndində anadan olmuş, atası X2 isə 1934-cü ildə Quba rayonu, Rük kəndində anadan olmuşdur. Atası və anası rəsmi nikaha xx.xx.1960-cı il tarixdə daxil olmuşlar. Anası Səfərova Zöhrə Məhsim qızı xx.xx.1990-cı ildə, atası X2 isə xx.xx.1998-ci ildə vəfat etmişdir. Atası X1 ölümünə dair Quba rayon İHB-nın Zərdabi nümayəndəliyindən ölüm haqqında şəhadətnamə verilsə də, anası Səfərova Zöhrə Məhsim qızının ölümü, savadsızlıqdan Maraqlı şəxsndə qeydə alınmamış, ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Yalnız anasının ölümü kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeydə alınmışdır. Anası Səfərova Zöhrə Məhsim qızı Zərdabi kənd qəbirstanlığında dəfn edilməsi müəyyən edilmişdir. Anasının ölümünün qeydə alınmasına dair Maraqlı şəxsnə müraciət etsə də, anasının ölümündən 20 ildən çox vaxt keçdiyinə görə, sonuncunun ölümünün məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Hazırda anasından qalmış miras əmlakı vərəsəlik yolu ilə həll etmək istəyir, lakin anasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə bunu edə bilmir. Anası Səfərova Zöhrə Məhsim qızının adına ölüm haqqında şəhadətnamə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahidlər X3 və X4 bildirdilər ki, ərizəçinin anası Səfərova Zöhrə Məhsim qızı xx.xx.1990-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində ölmüş, həmin kəndin qəbristanlığında dəfn edilmiş, onlar da dəfn mərasimində iştirak etmişlər. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Mahmudova (Səfərova) Zöhrə Məhsim qızı xx.xx.1933-cü il tarixdə Buduq kəndində anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Mahmudova Zöhrə Məhsim qızı xx.xx.1960-cı ildə ərizəçinin atası X2 ilə nikaha daxil olmuş, nikahdan sonra Səfərova soyadını almışdır. İş materiallarında olan Maraqlı şəxs məktubundan görünür ki, Səfərova Zöhrə Məhsim qızının ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1933-cü il tarixdə Quba rayonu, Buduq kəndində anadan Səfərova Zöhrə Məhsim qızının xx.xx.1990-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1933-cü il tarixdə Quba rayonu, Buduq kəndində anadan olmuş Səfərova Zöhrə Məhsim qızının xx.xx.1990-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1610/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1610/2020
28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver