Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1623/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-ci il təvəllüdlü X3 xx.xx.2009-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, xx.xx.1969-cu ul tarixdə Quba rayonunun Qələdüz kəndində anadan olmuşdur. Hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. X2 xx.xx.1966-cı il tarixdə doğulmuş, xx.xx.2009-cu il tarixdə ölmüşdür. X4 xx.xx.1978-ci il tarixdə, anası X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun X2 xx.xx.2009-cu il tarixdə vəfat edib. O, qohumlarının iştirakı ilə Quba rayonu Qələdüz kəndi ərazisində yerləşən kənd qəbiristanlığında dəfn edilib. İndiyə qədər X1 ölümü haqqında şəhadətnamə almamışlar. O, bacısının ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8-10-808/2024 №-li arayışa əsasən müəyyən olunmuşdur ki, X5 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs 2006-2012-ci illərə dair ölüm haqqında akt qeydləri üzrə yoxlanılmışdır. Ona görə də şöbə tərəfindən aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hazırda X1 da mülkiyyətçi olduğu Quba rayon Qələdüz kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. X1 ölüm haqqında şəhadətnaməsi olmadığından onlar vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında bacının ölüm faktının müəyyən edilməsi zəruridir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının vərəsəlik işlərinin həlli ilə bağlı zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edlimiş: -xx.xx.1966-cı il tarixli, A3 ******* № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuşdur, anası X6, atası isə X7r; - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 165 nömrəli arayışından görünür ki, X3 ölümü barədə akt qeydi aşkar olunmamışdır; -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 03-16-5/8-10-808/2024 nömrəli məktubdan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Təqdim edilmiş 1 ədəd qəbir daşı əks olunduğu fotoşəkildə X3 ölüm tarixi xx.xx.2009-cu il göstərilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X5 xx.xx.2009-cu il tarixində Quba rayonu, Qələdüz kəndində vəfat etmiş və Quba rayonu Qələdüz kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbələrinə müraciət etsə də, bacının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı Qərənfil xx.xx.2009-cu il tarixdə Quba rayonu, Qələdüz kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı Qərənfil xx.xx.2009-cu il tarixdə xəstələnib vəfat etmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 xx.xx.2009-cu ildə Quba rayon Qələdüz kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1966-ci il təvəllüdlü X3 xx.xx.2009-cu ildə ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-ci il təvəllüdlü X3 xx.xx.2009-cu ildə ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-1623/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1623/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver