Məhkəmə qərarları › İş №2(027)-1629/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1629/2022

01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1629/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyun 1999-cu il tarixdə anadan olmuş X5ının 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 13 avqust 1991-ci il tarixdə X14 ilə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından X16, X7 və 19 iyun 1999-cu il tarixdə X15 adlı uşaqları anadan olmuşdur. Qızı 19 iyun 1999-cu il təvəllüdlü X15 hələ körpə olarkən qəfil qızıdırması qalxmış, xəstələnmiş və 10 noyabr 1999-cu il tarixdə ölümşdür. X31 Quba rayonu, Zərdabi qəsəbəsində dəfn edilmişdir. Körpə olduğu üçün X31ya qəbir daşı qoyulmamışdır. X5ma ölümündən sonra qanunu bilməməzlikdən ölüm haqqında şəhadətnamə almamışdır. X1 isə 27 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir, X31 üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 14 aprel 2022-ci il tarixli, 05/Q-190 nömrəli məktubu ilə ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Ona görə də, X5ının 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktının müəyyən ediməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X2 ifadələrində ərizəçi ilə qonşu olduqlarını bildirərək, ərizəçinin X5ının 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsini və iştirakları ilə Quba rayonu, Zərdabi kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında V-JQ seriyalı, 463584 №li şəhadətnamədən görünür ki, X14 ilə Süleymanova (Dənyalova) Sədaqət Nadir qızı arasında nikah xx.xx.1991-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X14 ilə Ərizəçi birgə nikahından xx.xx.1999-cu il tarixdə X15 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 14 aprel 2022-ci il tarixli arayışından görünür ki, X15 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1996-2002-ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-190 nömrəli məktubundan görünür ki, X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Quba rayonu, Zərdabi kənd sakinləri X10, X11, Ərizəçi Nadır qızı, X18, X12, X3 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, həqiqətəndə Zərdabı qəsəbə sakini Ərizəçi Nadır qızının X14 ilə birgə nigahdan xx.xx.1999-cu il tarixində X15 doğulmuşdur, lakın X15 xx.xx.1999-cu il tarixində xəstəlik nəticəsində vəfat etmişdir və Zərdabi qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X6 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 19 iyun 1999-cu il tarixdə anadan olmuş X6 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyun 1999-cu il tarixdə anadan olmuş X6 10 noyabr 1999-cu il tarixdə Quba rayonu, Zərdabi kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar