Məhkəmə qərarları › İş №2(027)-1633/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1633/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1633/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Gahangir qızına qarşı əmlak tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd- “Stenka”-nın, bir ədəd yataq taxtının, bir dəst divan-kreslonun, bir ədəd mizin, altı ədəd stulun, bir ədəd termo mebelin, bir ədəd güzgünün, bir ədəd çıl-çıraq, 2 ədəd gecə işığı, 4 ədəd lampa, 5 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd balış, 09 ədəd nalça, 3 ədəd ədyal 01 dəst yataq üzü, 01 ədəd pərdə (10 x 6 metr), 01 ədəd tül pərdə (6 metr), 10 ədəd “Skater”, 10 ədəd klyonka, 20 ədəd əl dəsmalı, 20 ədəd çay dəsmalı, 6 dəst yataq üzü dəsti, 8 ədəd döşək üzü, 8 ədəd balış üzü, 2ədəd balış üzlüyü, 1 dəst nahar servizi, 3 dəst çay servizi, 01 dəst kofe servizi, 01 ədəd güldan, 01 dəst bagema, 06 ədəd bagema, 1 dəst mətbəx dəsti, 37 predmetli 01 dəst xrustal mətbəx nabor, 01 dəst xrustal mətbəx naboru, 5 ədəd güldan, 4 ədəd vaz (meyvə üçün), 6 ədəd konfet qabı, qənd qabı, 01 ədəd mürəbbə qabı, 12 ədəd stəkan, 12 ədəd stəkan, 6 ədəd rumka - bakal, 12 ədəd rumlca, 4 ədəd limon qabı, 6 ədəd duz qabı, 8 ədəd şirli vaz, 2 ədəd salfetka qabı, şüşə materialdan olan- 10 ədəd vaz, 6 ədəd salat qabı, 2 ədəd konfet qabı, 8 ədəd qənd qabı,8 ədəd mürəbbə qabi, 1 ədəd külqabı, 2 ədəd dolça, 1 ədəd qrafmka, 18 ədəd stəkan, 18 ədəd rumka, 6 ədəd çaynik, 2 ədəd salfet qabı, 1 dəst dolça, 6 ədəd duz qabı, 12 ədəd rozetka - mürəbbə qabları,çini materialdan olan - 10 ədəd razetka - mürəbbə qabları, 42 ədəd nəlbəkilər, 60 ədəd boşqablar, 2 ədəd bulud (aş qabı), 8 ədəd kasa, 6 ədəd piyalə, 5 ədəd podnos 1 ədəd termos, 1 ədəd teşt, 1 ədəd bak, 5 əd çüyün şirli, 2 ədəd alüminium çüyün, 5 ədəd çüyün plastik, 6 ədəd tava, 3 ədəd qazan, 12 ədəd şirli kastrul, 2 ədəd kastrul alüminium, 1 ədəd bidon, 6 ədəd vedrə, 2 ədəd çaynik, 3 ədəd aş süzən, 1 ədəd samovar elektrik, 1 ədəd elektrik peç, 1 əd tozsoran, 1 ədəd elektrik ütü, 1 ədəd metal qapaq bağlayan qurğu (zaqatka), 1 ədəd ət çəkən maşın, 1 ədəd sini, 1 dəst mətbəx dəsti, 5 mətbəx dəsti, 3 mətbəx dəsti, 18 predmetli bıçaq dəsti, 3 ədəd bıçaq, 1 dəst mətbəx qaşıq, 1 dəst tort aləti, 66 predmet vilka-qaşıq dəsti, 2 ədəd qayçı, 3 ədəd kruşka, 6 ədəd çörək qabı, 4 ədəd sabun qabı, 6 ədəd şiş, 1 ədəd maşa, 2 ədəd şotka (Paltar üçün), 1 ədəd xəkəndaz, 1 ədəd aftafa-ləyən, 1 ədəd su qızdırıcı (kipitilnik), 1 ədəd qənd doğrayan, 1 dəst tərəvəz doğrayandan ibarət əmlaklarının Cavabdeh Gahangir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının birində iştirakı zamanı izahatında qeyd etmişdi ki, onlar cavabdehlə bir ailədə yaşayıblar. 2011-ci ildə evləri yanıb, lakin ona məxsus əmlakı olan otaq yanmayıb. Bir müddət başı hüzn mərasiminə qarışıb, sonra da pandemiya ilə əlaqədar gəlib gedə bilməyib. Uzun müddət sonra kənddə gəldiyində ona məxsus əmlakı həyətə atıldığını görüb. Həmçinin qeyd edib ki, ev oğlunun adınadı. İddiaçı iddia ərizəsində göstərir ki, o, 10 avqust 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində işlədiyi Bakı şəhərindən Quba rayonu, 1 -ci Nügədi kəndində yerləşən evinə gəldikdə ailəsinin istifadəsində olan otağın qapısının açıq olduğunu və otağda bir divan və 03 yorğan, 02 döşək, 06 balaca nalça və 02 böyük nalçalarını gördüyünü, lakin ona və övladlarına məxsus digər əmlakların,onun iddia ərizəsində göstərdiyi əmlakı orda olmadığını görüb. Baldızı Kəmalədən əmlakın kimin tərəfindən aparıldığını soruşduqda o, cavab verib ki, “biz öyrənmişik, bizə deyiblər ki, Xuraman üç il bu evdə yaşamayıbsa onun əmlakını çıxarıb ata bilərsən. Mən də əmlakını aşağı otağa yığmışam ki, sənin üçün rahat olsun, götürüb aparasan”. Gözünə görükən “stenka” mebel, stol və az sayda məişət qabları olub. Digər əmlakları Kəmalədən soruşduqda o, “digər əmlaklar mənlik deyil” cavabını vermişdir. Faktla bağlı Azərbaycan Respublikasının DİN-nin 102 qaynar xəttinə zəng edərək xəbər verib. Bundan sonra o, Quba Rayon Polis Şöbəsinə dəvət olunub. Orada yuxarıda göstərilənlərə uyğun 14 avqust 2020-ci il tarixli ərizə ilə Cavabdeh məsuliyyətə cəlb edilməsini, Cavabdeh tərəfindən talan edilmiş ona məxsus əmlakın ona qaytarılmasında ona yardım göstərilməsini xahiş edib.Fakt öz təsdiqini tapmış və bu barədə müvafiq qərar qəbul edilmişdir. Lakin həmin qərar ona təqdim edilməmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, qərar yalnız məhkəmə sorğusu ilə məhkəməyə təqdim ediləcəkdir. Həmin səbəbdən faktla bağlı Quba RPŞ-nin qərarını hazırki iddia ərizəsinə əlavə edə bilməyib. Buna görə də qərarın məhkəməyə təqdim edilməsi üçün vəsatətlə məhkəməyə müraciət edib. Həmin vəsatəti hazırki iddia ərizəsinə əlavə edib. Şikayətindən sonra Cavabdeh əmlakı qaytaracağına bir neçə dəfə vəd versə də, bu barədə müddətlər ötürmüş, sonda əmlakı məhkəmədən kənar qaytarmaq niyyətində olmadığını nümayiş etdirmişdir. Hesab edir ki, Cavabdeh qanunsuz əldə etdiyi ona məxsus əmlaklar məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasının birində iştirakı zamanı izahatında qeyd etmişdi ki, onlar cavabdehlə bir ailədə yaşayıblar. 2011-ci ildə evləri yanıb, lakin ona məxsus əmlakı olan otaq yanmayıb. Bir müddət başı hüzn mərasiminə qarışıb, sonra da pandemiya ilə əlaqədar gəlib gedə bilməyib. Uzun müddət sonra kənddə gəldiyində ona məxsus əmlakı həyətə atıldığını görüb. Həmçinin qeyd edib ki, ev oğlunun adınadı. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh Gahangir qızına qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh Gahangir qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, işdə olan sübutlara araşdıraraq və onlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş əl yazma ilə tərtib edilmiş akta əsasən məlum olur ki, aktda göstərilən əmlak həm oğlan evinin, həm də qız evinin nümayəndələrinin iştirakı ilə anası tərəfindən İddiaçı verilən cehiz əmıakın siyası tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı işləmək üçün Bakı şəhərinə gedib və işilə bağlı uzun müddət Bakıda qalıb. Lakin Bakıya getdiyi vaxt ona məxsus bütün cehiz əmlakı Quba rayonu, 1 -ci Nügədi kəndində yeləşən evində qalıb və qayıtdığında həmin əmlakın yerində olmadığının şahidi olub. Ba baxımdan ona məxsus əmlakın həmin evdə yaşayan baldızı Cavabdeh Gahangir qızından alınıb ona verilməsini tələb edir. Cavabdeh isə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər hansı bir sübut, dəlil təqdim etməmiş, irad və etirazını bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, əşyaların qaytarılması üçün həmin əşyaların mövcud olması, onların iddiaçıya məxsus olması və ya cavabdehdə olması sübuta yetirilməlidi. Mübahisənin predmeti olan cehiz əşyaların əksər hissəsi, iddiaçıya məxsus digər əşyalar Quba rayonu, 1 -ci Nügədi kəndində yeləşən evində saxlanılmışdır, Bu səbəbdən iddia tələbi ilə iddiaçı cehiz əmlakının ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 1 ədəd “Stenka”, 1 ədəd yataq taxtı, 1 dəst divan-kreslo, bir ədəd miz, 6 ədəd stul, bir ədəd termo mebeli, bir ədəd güzgü, bir ədəd çıl-çıraq, 2 ədəd gecə işığı, 4 ədəd lampa, 5 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd balış, 09 ədəd nalça, 3 ədəd ədyal, 01 dəst yataq üzü, 01 ədəd pərdə ( 1 0 x 6 metr), 01 ədəd tül pərdə (6 metr), 10 ədəd “Skater”, 10 ədəd (klyonka), 20 ədəd əl dəsmalı, 20 ədəd çay dəsmalı, 6 dəst yataq üzü dəsti, 8 ədəd döşək üzü, 8 ədəd balış üzü, 2 ədəd balış üzlüyü, 1 dəst nahar servizi, 3 dəst çay servizi, 01 dəst kofe servizi, 01 ədəd güldan, 01 dəst bageba, 06 ədəd bagema, 1 dəst mətbəx dəsti, 37 predmetli 01 dəst xrustal mətbəx nabor, 01 dəst rustal mətbəx naboru, 5 ədəd güldan, 4 ədəd vaza (meyvə üçün), 6 ədəd konfet qabı, qənd qabı, 01 ədəd mürəbbə qabı, 12 ədəd stəkan, 12 ədəd stəkan, 6 ədəd rumka - bakal, 12 ədəd rumka, 4 ədəd limon qabı, 6 ədəd duz qabı, 8 ədəd şirli vaza, 2 ədəd salfetka qabı, 10 ədəd vaza, 6 ədəd salat qabı, 2 ədəd konfet qabı, 8 ədəd qənd qabı,8 ədəd mürəbbə qabi, 1 ədəd külqabı, 2 ədəd dolça, 1 ədəd qrafinka, 18 ədəd stəkan, 18 ədəd rumka, 6 ədəd çaynik, 2 ədəd salfet qabı, 1 dəst dolça, 6 ədəd duz qabı, 12 ədəd rozetka mürəbbə qabları, 10 ədəd razetka - mürəbbə qabları, 42 ədəd nəlbəkilər, 60 ədəd boşqablar, 2 ədəd bulud (aş qabı), 8 ədəd kasa, 6 ədəd piyalə, 5 ədəd (podnos), 1 ədəd termos, 1 ədəd teşt, 1 ədəd bak, 5 əd çüyün şirli, 2 ədəd alüminium çüyün, 5 ədəd çüyün plastik, 6 ədəd tava, 3 ədəd qazan, 12 ədəd şirli (kastrul), 2 ədəd (kastrul) alüminium, 1 ədəd bidon, 6 ədəd vedrə, 2 ədəd çaynik, 3 ədəd aş süzən, 1 ədəd samovar elektrik, 1 ədəd elektrik peçi, 1 əd tozsoran, 1 ədəd elektrik ütü, 1 ədəd metal qapaq bağlayan qurğu (zaqatka), 1 ədəd ət çəkən maşın, 1 ədəd sini, 1 dəst mətbəx dəsti, 5 mətbəx dəsti, 3 mətbəx dəsti, 18 (predmetli) bıçaq dəsti, 3 ədəd bıçaq, 1 dəst mətbəx qaşıq, 1 dəst tort aləti, 66 predmet çəngəl-qaşıq dəsti, 2 ədəd qayçı, 3 ədəd (kruşka), 6 ədəd çörək qabı, 4 ədəd sabun qabı, 6 ədəd şiş, 1 ədəd maşa, 2 ədəd (şotka) paltar üçün), 1 ədəd xəkəndaz, 1 ədəd aftafa-ləyən, 1 ədəd su qızdırıcı (kipitilnik), 1 ədəd qənd doğrayan, 1 dəst tərəvəz doğrayan əşyalar Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 1 ədəd “Stenka”, 1 ədəd yataq taxtı, 1 dəst divan-kreslo, bir ədəd miz, 6 ədəd stul, bir ədəd termo mebeli, bir ədəd güzgü, bir ədəd çıl-çıraq, 2 ədəd gecə işığı, 4 ədəd lampa, 5 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd balış, 09 ədəd nalça, 3 ədəd ədyal, 01 dəst yataq üzü, 01 ədəd pərdə ( 1 0 x 6 metr), 01 ədəd tül pərdə (6 metr), 10 ədəd “Skater”, 10 ədəd (klyonka), 20 ədəd əl dəsmalı, 20 ədəd çay dəsmalı, 6 dəst yataq üzü dəsti, 8 ədəd döşək üzü, 8 ədəd balış üzü, 2 ədəd balış üzlüyü, 1 dəst nahar servizi, 3 dəst çay servizi, 01 dəst kofe servizi, 01 ədəd güldan, 01 dəst bageba, 06 ədəd bagema, 1 dəst mətbəx dəsti, 37 predmetli 01 dəst xrustal mətbəx (naboru), 01 dəst rustal mətbəx (naboru), 5 ədəd güldan, 4 ədəd vaza (meyvə üçün), 6 ədəd konfet qabı, qənd qabı, 01 ədəd mürəbbə qabı, 12 ədəd stəkan, 12 ədəd stəkan, 6 ədəd rumka - bakal, 12 ədəd rumka, 4 ədəd limon qabı, 6 ədəd duz qabı, 8 ədəd şirli vaza, 2 ədəd salfetka qabı, 10 ədəd vaza, 6 ədəd salat qabı, 2 ədəd konfet qabı, 8 ədəd qənd qabı,8 ədəd mürəbbə qabi, 1 ədəd külqabı, 2 ədəd dolça, 1 ədəd qrafinka, 18 ədəd stəkan, 18 ədəd rumka, 6 ədəd çaynik, 2 ədəd salfet qabı, 1 dəst dolça, 6 ədəd duz qabı, 12 ədəd rozetka - mürəbbə qabları, 10 ədəd razetka mürəbbə qabları, 42 ədəd nəlbəkilər, 60 ədəd boşqablar, 2 ədəd bulud (aş qabı), 8 ədəd kasa, 6 ədəd piyalə, 5 ədəd (podnos), 1 ədəd termos, 1 ədəd teşt, 1 ədəd bak, 5 əd çüyün şirli, 2 ədəd alüminium çüyün, 5 ədəd çüyün plastik, 6 ədəd tava, 3 ədəd qazan, 12 ədəd şirli (kastrul), 2 ədəd (kastrul) alüminium, 1 ədəd bidon, 6 ədəd vedrə, 2 ədəd çaynik, 3 ədəd aş süzən, 1 ədəd samovar elektrik, 1 ədəd elektrik peçi, 1 əd tozsoran, 1 ədəd elektrik ütü, 1 ədəd metal qapaq bağlayan qurğu (zaqatka), 1 ədəd ət çəkən maşın, 1 ədəd sini, 1 dəst mətbəx dəsti, 5 mətbəx dəsti, 3 mətbəx dəsti, 18 (predmetli) bıçaq dəsti, 3 ədəd bıçaq, 1 dəst mətbəx qaşığı, 1 dəst tort aləti, 66 predmet çəngəl-qaşıq dəsti, 2 ədəd qayçı, 3 ədəd (kruşka), 6 ədəd çörək qabı, 4 ədəd sabun qabı, 6 ədəd şiş, 1 ədəd maşa, 2 ədəd (şotka) paltar üçün), 1 ədəd xəkəndaz, 1 ədəd aftafa-ləyən, 1 ədəd su qızdırıcı (kipitilnik), 1 ədəd qənd doğrayan, 1 dəst tərəvəz doğrayan əşyalar Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar