Məhkəmə qərarları › İş №2(027)-1639/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1639/2025

16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1639/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 17 iyun 1960-cı ildə Quba rayonu İspik kəndində doğulmuş X3 10 mart 2023-cü il tarixində Quba rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasalandırmışdır ki, qardaşı X6 17 iyun 1960-cı ildə Quba rayonu, İspik kəndində doğulmuşdur. Xəstəlyi ilə əlaqədar 24 fevral 2023-cü il tarixində Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və 10 mart 2023-cü il tarixində həmin xəstəxanada vəfat etmiş və Quab rayon İspik kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən, etinasızlıqdan və digər səbəblərdən qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Müəyyən sənədləşmə işlərinin aparılması üçün qardaşı X3 ölüm haqqında şəhadətnaməsinin alınaçsı zərurəti yaranmışdır. Bəhlul Fətəliyevin ölüm haqqında şəhadətnamənin verilməsi üçün Quba Regional “Asan Xidmət “ X4 müraciət etmiş, Quba Regional “Asan Xidmət “ X2 11 aprel 2025-ci il tarixli 3- 16-5/8xx-xx/2025 saylı məktubu ilə X3 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi (bacısı) ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Ölüm faktının qeydə alınmasının müəyyən sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. İşin faktiki halları: Belə ki, iş materiallarına əlavə edilmiş: -xx.xx.1960-cı il tarixli, İ-ИЕ 996597№ li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-cı ildə Quba rayonu, İspik kəndində anadan olmuşdur, atası X8, anası isə X1r; -Quba rayon İspik Bələdiyyəsinin 14 fevral 2025-ci il tarixli, 04 saylı arayışından görünür ki, mərhum X6 xx.xx.2023-cü il tarixində İspik kənd qəbristanlığında dəfn edilmişdir. - Quba rayonu İspik kənd sakinləri X9, X5 və X10 tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli aktda X3 xx.xx.2023-cü il tarixdə Quba rayonu, İspik kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. -Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci iltarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X18 Şəxsi Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubuna əsasən X3 xx.xx.2023-cü il tarixdə bioloji ölümü baş vermişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, X6 10 mart 2023-cü il tarixdə Quba rayonu İspik kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi qeydiyyat şöbələrinə müraciət etsə də, qardaşının ölüm haqqında şəhadətnaməsin ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X9 bildirdi ki, ərizəçi həmkəndliləridir, ərizəçinin qardaşı Kamil Fətəliyev xx.xx.2023-cü il tarixində xəstələnib vəfat etmişdir və onun dəfn mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Quba Regional “ Asan Xidmət” X4 müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 10 mart 2023-cü il tarixdə Quba rayonu, İspik kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 17 iyun 1960-cı il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş X3 10 mart 2023-cü il tarixində Quba rayonu, İspik kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. IV. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Quba rayonu, İspik kəndində doğulmuş X3 xx.xx.2023-cü il tarixində Quba rayonu, İspik kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar