Məhkəmə qərarları › İş №2(027)-1676/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1676/2024

13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1676/2024 13.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 18 fevral 1970-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində doğulmuş X5 1970-ci ilin ortalarında Xaçmaz rayonu Arzu kəndində, 12 aprel 1971-ci il tarixdə Xaçmaz rayonu Arzu kəndində doğulmuş X8 1971-ci ilin sonlarında Xaçmaz rayonu, Arzu kəndində və 08 yanvar 1976-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində doğulmuş X6 1976-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 və X18 05 noyabr 1967-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 1968-ci il tarixdə o, X19, 18 fevral 1970-ci il tarixdə bacısı X20, 12 aprel 1971-ci il tarixdə bacısı X25 və 08 yanvar 1976-cı il tarixdə X3 rayonu, Arzu kəndində doğulmuşlar. X20 1970-ci ilin ortalarında, X25 1971-ci ilin sonlarında və qardaşı X21 1976-ci ilin sonlarında Xaçmaz rayonu, Arzu kəndində vəfat etmişlər. X20, X25 və X21 qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonu, Arzu kənd qəbiristanlığında dəfn olunmuşlar. X5 1970-ci ilin ortalarında, X8 1971-ci ilin sonlarında və qardaşı X6 1976-ci ilin sonlarında vəfat etmələri və Xaçmaz rayonu, Arzu kənd qəbristanlığında dəfn olunmaları ərizəsinə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayonu İHB-nın Hacıbəyli kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmiş Aktlar ilə də sübuta yetir. X20, X25 və X9 ölüm haqqında şəhadətnamələrin verilməsi üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 12 dekabr 2023-cü il tarixli 3-16-5/8-15/538-2023, 3-16-5/8-15/539-2023 və 3-16-5/8-15/540-2023 saylı məktubları ilə X20, X25 və X6 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən bacıları X20 1970-ci ilin ortalarında, X25 1971-ci ilin sonlarında və qardaşı X21 1976-ci ilin sonlarında Xaçmaz rayonu, Arzu kəndində vəfat etmələri faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X5 1970-ci ilin ortalarında, X8 1971-ci ilin sonlarında və X6 1976-ci ilin sonlarında Xaçmaz rayonu, Arzu kəndində vəfat etmələri və kənd qəbiristanlığında dəfn olunmalarını, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Müraciətinə əsasən Azərbaycan Respublikası TƏBİB PHŞ Xaçmaz rayon X23 Hüquqi şəxsin cavab məktubundan da görünür ki, bacı qə qardaşına Ölüm haqqında şəhadətnamələrin verilməsinə dair Xaçmaz rayon Mərkəzi xəstəxanasında heç bir məlumat yoxdur. O, ailə qurduqdan sonra həyat yoldaşının soyadı olan Fərzəliyeva soyadını qəbul etmişdir. X2 25 iyul 2016-cı il tarixdə və X18 24 noyabr 2023-cü il tarixdə vəfat etmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Raisə Əlixanova onun bacısıdı. Onun 10 uşağı olub, hamısı ölüb, tək Salehə qalıb. Ölən uşaqlar 2, 3 aylıq ölüblər, bacısı da keçən il rəhmətə gedib, hamısı da kənd qəbrstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid Əlixanova Sinəgül baydul qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynı qızıdı. 10 uşaq olublar, doqquzu ölüb, yeganə övladı Salehə qalıb. Uşaqlar hamısı kənd qəbrstanlığında dəfn olunub. Salehənin anası da keçən il rəhmətə gedib. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki ,iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi X16 oğlu anası X11r. İş materiallarında olan A3078521 “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 ilə X18 xx.xx.1967-ci il tarixdə Quba rayon Alekseyevka kənd İƏD üzrə nümayəndəliyində nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Əlixanova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X18 Quba rayonu Nərimanovka qəsəbəsində anadan olmusdur. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ Xaçmaz rayon X23 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-43/3-1802/2024 saylı məktubundan görünür ki, Xaçmaz rayonu Arzu kənd sakinləri olmuş xx.xx.1970-ci il təvəllüdlü X5 1970-ci ildə, xx.xx.1971-ci il təvəllüdlü X8 1971-ci ildə, 08.01.976-cı il təvəllüdlü X12 1976-cı il tarixdə vəfatları barədə “Ölüm haqqında tibbi şəhadətnamələrin” verilməsi haqqında Xaçmaz rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 05/Q-663/69 nömrəli Xaçmaz rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X20 xx.xx.1970-ci il tarixdə Xaçmaz rayon Arzu kəndində anadan olmuşdur və bu barədə xx.xx.1970-ci il tarixdə Xaçmaz rayon Yergüc icra nümayəndəliyində 40 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X16 oğlu anası-X13r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 05/Q-664/69 nömrəli Xaçmaz rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X25 xx.xx.1971-ci il tarixdə Xaçmaz rayon Arzu kəndində anadan olmuşdur və bu barədə xx.xx.1971-ci il tarixdə Xaçmaz rayon Yergüc icra nümayəndəliyində 86 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X16 oğlu anası-X13r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 05/Q-665/69 nömrəli Xaçmaz rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X21 xx.xx.1976-cı il tarixdə Xaçmaz rayon Arzu kəndində anadan olmuşdur və bu barədə xx.xx.1976-cı il tarixdə Xaçmaz rayon Yergüc icra nümayəndəliyində 13 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X16 oğlu anası-X13r. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə şahidlər Xaçmaz rayon Hacıəlibəy kənd bələdiyyəsi X28, Xaçmaz RİHB-nın Hacıəlibəy kənd İƏD-si üzrə nümayəndəsi X14, Xaçmaz rayon Arzu kənd sakinləri X7, X22 və X15 imzası ilə tərtib edilmiş aktlardandan görünür ki, X20 1970-ci il tarixdə, X25 1971-ci iltarixdə və X21 1976-cı ildə Xaçmaz rayonunun Arzu kəndində vəfat etmişlər. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 538/2023 saylı məktubundan görünür ki, X20 barəsində xx.xx.1970-ci və xx.xx.2023-cü illər üzrə Azərbaycan Respublikası ümumirespublika elektron məlumatınan yoxlama aparılmış ölüm aktı qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 539/2023 saylı məktubundan görünür ki, X25 barəsində xx.xx.1971-ci və xx.xx.2023-cü illər üzrə Azərbaycan respublikası ümumirespublika elektron məlumatınan yoxlama aparılmış ölüm aktı qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 540/2023 saylı məktubundan görünür ki, X21 barəsində xx.xx.1976-cı və xx.xx.2023-cü illər üzrə Azərbaycan respublikası ümumirespublika elektron məlumatınan yoxlama aparılmış ölüm aktı qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ-İİ 373898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 817264 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu Arzu kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 18 fevral 1970-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X20 1970-ci ildə Xaçmaz rayonu Arzu kəndində, 12 aprel 1971-ci il tarixdə Xaçmaz rayonu Arzu kəndində anadan olmuş X8 1971-ci ildə Xaçmaz rayonu Arzu kəndində və 08 yanvar 1976-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X21 1976-cı ildə Xaçmaz rayonu Arzu kəndində vəfat etmişlər. Belə ki, ərizəçi qardaşı və bacılarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 18 fevral 1970-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X20 1970-ci ildə Xaçmaz rayonu Arzu kəndində, 12 aprel 1971-ci il tarixdə Xaçmaz rayonu Arzu kəndində anadan olmuş X8 1971-ci ildə Xaçmaz rayonu Arzu kəndində və 08 yanvar 1976-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X21 1976-cı ildə Xaçmaz rayonu Arzu kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 18 fevral 1970-ci il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X5 1970-ci ildə Xaçmaz rayonu Arzu kəndində, 12 aprel 1971-ci il tarixdə Xaçmaz rayonu Arzu kəndində anadan olmuş X8 1971-ci ildə Xaçmaz rayonu, Arzu kəndində və 08 yanvar 1976-cı il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş X6 1976-cı ildə Xaçmaz rayonu, Arzu kəndində vəfat etmələri barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar