Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1695/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı X1 xx.xx.1994-cü il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1951-ci ildə Quba şəhərində anadan olmuş, yaşamış və xx.xx.1994-cu ildə vəfat etmişdir. Mərhum qardaşını Quba şəhər qəbirsanlığında dəfn etmişlər və onun məzarı hal-hazırda oradadır. Qardaşı vəfat etdikdən sonra ölüm haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Halhazırda atasından miras qalan evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış almaq istəyir. Bunun üçün tələb olunan sənədləri hazırlasa da, qardaşının ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi aidiyyatı üzrə təqdim etməmişdir. Bu səbəbdən də evə dair çıxarış ala bilmir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında qardaşının ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat şöbəsində ona ölüm haqqında sənədin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə qardaşı X1 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün olmadığından həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahidlər X2 Dadaş oğlu və X3 bildirdilər ki, ərizəçinin qardaşı X4 xx.xx.1994-cü il tarixində Quba şəhərində ölmüş, Quba şəhər qəbirsanlığında dəfn edilmiş, onlar da dəfn mərasimində iştirak etmişlər. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X4 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi qardaşı X1 xx.xx.1994-cü il tarixində Quba şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi qardaşı X1 xx.xx.1994-cü il tarixində Quba şəhərində ölməsi faktı faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1695/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1695/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver