Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1772/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2004-cü ildə doğulmuş X1 20 fevral 2005-ci il tarixində Quba rayonu, Əliməmmədoba kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X12 ilə birgə nikahdan 27 dekabr 2004-cü il tarixində qızı X13 doğulmuşdur. Qızı Zərifə 20 fevral 2005-ci il tarixində vəfat etmiş və Əliməmmədoba kənd qəbirsanlığında dəfn edilmişdir. Qızı vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnaməni almamışlar və bu barədə müvafiq orqanda qeydiyyat aparılmamışdır. Həyat yoldaşı 19 dekabr 2024-cü ildə avtoqəzada vəfat etmişdir. Hal-hazırda həyat yoldaşının sığortasının ona verilməsi üçün vərəsəlik müəyyən edilməlidir. Vərəsələrin dairəsinə vəfat etmiş qızı da daxildir. Ona görə də X5 ölümü haqqında sənədin notariat kontoruna təqdim edilməsi zəruridir. Vərəsəlik üçün tələb olunan sənədləri hazırlasa da, qızının ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi təqdim edə blmir. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat şöbəsində ona qızının ölümü barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydinin aşkar edilməməsi barədə arayış verilmiş, ölümün qeydə alınmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. X1 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, 27 dekabr 2004-cü il tarixində doğulmuş qızı X13 20 fevral 2005-ci il tarixində qəflətən vəfat etmişdir. Qızının heç bir xəstəliyi və ya qızdırması olmamışdır. Tibbi yardım çağırılmamışdır. Qızının ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin həlli üçün lazımdır. Qızı 20 fevral 2005-ci il tarixində vəfat etmiş və Quba rayonu, Əliməmmədoba kənd qəbirsanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X16 bildirdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid X9 bildirdi ki, o, Ərizəçi qaynıdır. Axşam saatlarından uşağın qızdırması qalxmış, növbəti gün xəstəxanaya aparmaq istəsələr də, uşaq gecə ölmüşdür. Qardaşı qızı X10 həqiqətən də 20 fevral 2005-ci il tarixində vəfat etmiş və Quba rayonu, Əliməmmədoba kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, o, Ərizəçi qonşusudur. Sonuncunun qızı 2-3 aylıq ikən 20 fevral 2005-ci il tarixində vəfat etmiş və Quba rayonu, Əliməmmədoba kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Vİİ-ЖГ № 381002 nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında xx.xx.2000-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra X4 “Əlməmmədov”a soyadı verilmişdir; AZ-İ № 569548 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 birgə nikahından olan X10 xx.xx.2004-cü il tarixdə Xaçmaz rayonunda doğulmuşdur; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 03-16-5/8-10-322/2025 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; kənd sakinləri arasında tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin aktı tərtib olunmasında iştirak edən Rövşən Feyzullayev, Rüstəm Feyzullayev və İslam Səmədov bildirmişlər ki, Quba rayonu, Əliməmmədoba kənd sakinləri X11 ilə X2 birgə nikahından xx.xx.2004-cü il tarixdə doğulmuş X10 20 fevral 2005-ci il tarixində Quba rayonu, Əliməmmədoba kəndində vəfat etmiş və onların iştirakı ilə Əliməmmədoba kənd qəbristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X5 xx.xx.2005-ci il tarixdə Quba rayonu, Əliməmmədoba kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.2004-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş X5 xx.xx.2005-ci il tarixdə Quba rayonu, Əliməmmədoba kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş X5 xx.xx.2005-ci il tarixdə Quba rayonu, Əliməmmədoba kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1772/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1772/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver