Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1785/2024 19.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixində Quba şəhərində doğulmuş və Quba şəhər ərazisində nömrəli məktəbin yanında yerləşən qəbiristanlığda dəfn olunmuş X1nun vəfat etməsi faktının müəyyən edilməsi barə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək X1nun 07 fevral 1971-ci ildə Quba şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, X1 xx.xx.1970-ci il tarixində Quba şəhərində dünyaya gəlmişdir. Qardaşı körpə vaxtı 1 yaşında dünyasını dəyişmişdir. Ailə üzvlərinin qonşularının, qohumlarımın və yaxınlarımın iştirakı ilə Quba şəhər ərazisində 3 nömrəli məktəbin yanında yerləşən qəbiristanlığda dəfn olunmuşdur. Quba şəhər Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 779 saylı arayışda da X2 hal-hazırda həyatda olmadığı, körpə vaxtı vəfat etdiyi qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən qardaşının ölümünü rəsmiləşdirə bilməmişlər. Bildirmək istəyir ki, qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Quba rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Quba rayon qeydiyyat şöbəsinin 21 may 2024-cü il tarixli 03-16-5,8-10-349/2024 saylı məktubu ilə X2 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X1 Quba şəhər ərazisində 3 nömrəli məktəbin yanında yerləşən qəbiristanlıqda dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Ehtiyac olsa şahidlər də gətirə bilər. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi onun doğma bacısı oğludur. Murtuzla Bəxtiyar əkiz qardaşlar olub, Murtuz bir yaşında xx.xx.1971-ci il tarixində vəfat etmiş və Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin 21 may 2024-cü il tarixli 77№li arayışından görünür ki, X4 barəsində Azərbaycan Respublikası Quba rayon Qeydiyyat Şöbəsində Quba rayonu üzrə 1967-1973-cü illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 03-16- 5/8-10-349/2024 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba Bələdiyyəsinin 24 iyun 2024-cü il tarixli 779 nömrəli məktubundan görünür ki, mərhum X4 xx.xx.1971-ci il tarixdə vəfat etmişdir və Quba şəhəri, ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 07 fevral 1971-ci il tarixdə ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X2 07 fevral 1971-ci ildə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 07 fevral 1971-ci ildə Quba şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1785/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1785/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver