Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1794/2023 18.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixində Quba rayonu Qaraçay kəndində doğulmuş və Quba rayonu Qaraçay kənd qəbiristanlığında dəfn olunmuş övladı- X3 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixində dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X3 02 may 1998-ci il tarixdə Quba rayonun Qaraçay kəndində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, övladı X6 xx.xx.1996cı il tarixində Quba rayonu Qaraçay kəndində dünyaya gəlmişdir. Övladı körpə vaxtı, yəni 2 may 1998-ci ildə 2 yaşında dünyasını dəyişmişdir. Quba rayonu Qaraçay kəndində qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba rayonu Qaraçay kənd qəbiristanlığında dəfn olunmuşdur. Quba rayonu l-ci Nügədi Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktda da X3 hal-hazırda həyatda olmadığı, körpə vaxtı vəfat etdiyi qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən qızının ölümünü rəsmiləşdirə bilməmişlər. Övladının ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 14 iyun 2023-cü 11 tarixli 03-16-5,8-10- 326/2023 saylı məktubu ilə X3 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Övladının Quba rayonu Qaraçay kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X7 ifadələrində ərizəçi ilə həmkəndli olduqlarını bildirərək, ərizəçinin qızı X3 02 may 1998-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində ölməsini və iştirakları ilə Quba rayonu, Qaraçay kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XİX-JQ № 454248 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi birgə nikahından xx.xx.1996-cı il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan X11, X1 və X5 tərəfindən imzalanmış aktın surətindən görünür ki, Quba rayonu, Qaraçay qəsəbəsi, Ərəbxan yaşayış massivində hal-hazırda yaşayan qonşuları X4 qızı 20 iyul 1996-cı ildə anadan olmuş, X6 1998-ci ilin may ayının 2də, 2 yaşında vəfat etmişdir. Hal-hazırda Eldarov Salmanın evində Xanım adında şəxs yaşamır və həyatda yoxdur. İş materiallarında olan Maraqlı şəxs 14 iyun 2023-cü il tarixli 224№li arayışından görünür ki, X6 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1995-2001-ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-326/2023 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 02 may 1998-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 20 iyul 1996-cı il tarixdə anadan olmuş X3 02 may 1998-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 iyul 1996-cı il tarixdə anadan olmuş X3 02 may 1998-ci il tarixdə Quba rayonu, Qaraçay kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1794/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1794/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver