Məhkəmə qərarları › İş №2(027)-1797/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1797/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1797/2023 27.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, qiyməti 750 manat, kütləsi 5 qram olan 750 əyarlı, 1 ədəd sadə qaşlı üzərində “NM” yazılı qızıl üzüyün, qiyməti 830 manat, kütləsi 5,6 qram olan 750 əyarlı 1 ədəd sadə qaşlı qızıl nişan üzüyünün, qiyməti 420 manat, kütləsi 4,5 qram olan, 585 əyarlı 1 cüt üzərində “NM” yazılan sadə qaşlı qızıl sırğanın, qiyməti 390 manat, kütləsi 3,6 qram olan, 585 əyarlı 1 ədəd tək sadə qaşlı qızıl üzüyün, qızıl komplektə aid qiyməti 590 manat, kütləsi 5.6 qram olan, 585 əyarlı 1 ədəd sadə qaşlı qızıl üzüyün, qiyməti 1120 manat, kütləsi 9,6 qram olan, 585 əyarlı 1 cüt qızıl sırğanın, qiyməti 850 manat, kütləsi 6,6 qram olan, 585 əyarlı 1 ədəd qızıl sepin, qiyməti 670 manat, kütləsi 5,7 qram olan, 585 əyarlı 1 ədəd qızıl klonun, qiyməti 1880 manat, kütləsi 16 qram olan, 585 əyarlı 1 ədəd qızıl qolbağının və ya onlann dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin may ayında Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Toy və nişan mərasimində cavabdehlər tərəfindən ona qızılzinət əşyaları hədiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehin valideynlərinə məxsus ünvan 1i ünvandakı evə gəlin köçmüşdür. Ər evinə köçərkən evlərindən apardığı qızıl-zinət əşyalarnı və cehiz əmlakını, ona bağışlanan qızıl-zinət əşyalarını da ora aparmışdır. Cavabdehlə aralarındadakı nikah pozulmuşdur, valideynlərinə məxsus ünvan 2 ünvanında yerləşən evə qayıtmşdır, orada yaşayır. Valideynlərinə məxsus evə qayıdarkən qızıl-zinət və cehiz əşyaları cavabdehlərə məxsus evdə qalmışdır. Ona hədiyyə olunan qızıl-zinət əşyaları yataq otağında olan qıfıllı sandıqda qalmışdır. Müvəqqəti təminat tədbirinin görülməsi ilə əlaqədar məhkəməyə müraciətindən sonra məhkəmə qərardadının icrası prosesində cehiz əşyaları və öz evlərindən apardığı qızılzinət əşyaları ona təhvil verildi, amma cavabdehlər tərəfindən hədiyyə olunan qızıl əşyaları verilmədi. Beləki, icra tədbirindən əvvəl həmin əşyalar saxlanılan sandığın qıfılı cavabdehlər tərəfindən qırılmış və həmin qızıllar oradan götürülmüşdür. Onun aşağıdakı siyahıda qeyd olunan qızıl-zinət əşyaları hal-hazırda cavabdehlərin sahibliyindədir.

1. Elçilikdə hədiyyə olunan sadə qaşlı üzərində “NM” yazılı qızıl üzük - 1 ədəd (750 əyarlı, 5 qram) qiyməti 750 manat;

2. Nişan üzüyü, sadə qaşlı qızıl - 1 ədəd (750 əyarlı, 5,6 qram) - qiyməti 830 manat;

3. Ad günündə alman üzərində “NM” yazılan sadə qaşlı, 1 cüt qızıl sırğa (585 əyarlı, 4,5 qram ) - qiyməti 420 manat;

4. Üzük tək sadə qaşlı -1 ədəd (585 əyarlı, 3.6 qram ) qiyməti 390 manat;

5. Qızıl komplekt: a) üzük sadə qaşlı- 1 ədəd 585 əyarlı, 5,6 qram) qiyməti -590 manat; b) sırğa - 1 cüt (585 əyarlı, 9.6 qram ) qiyməti - 1120 manat; c) Sep - 1 ədəd (585 əyarlı, 6.6 qram) 850 manat; e) Klon - lədəd (585 əyarlı, 5.7 qram) qiyməti 670 manat; d) Qolbağ - 1 ədəd (585 əyarlı, 16 qram) qiyməti -1880 manat; Cəmi qiyməti: 7500 manat Ona məxsus qızıl-zinət əşyalanın mövcudluğu və ona hədiyyə edilməsi toy və nişan mərasimləri ilə bağlı video və foto şəkillərlə, şahid ifadələri ilə təsdiq edilir. Cavabdehlərlə mənə məxsus qızıl-zinət əşyalarının geri qaytanlması barədə razılığa gələ bilmirlər. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh X13 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, toy hədiyyəsi olaraq İddiaçı verilmiş qızıl-zinət əşyalarını iddiaçı ondan ayrılarkən özü ilə aparmışdır. Onda iddiaçıya məxsus heç bir qızıl-zinət əşyası qalmamışdır. Ona görə iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materialllarında olan xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-00575 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi, Cavabdeh1n Vüqar oğlu mediasiya sessiyasında iştriak etmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4, iş üzrə tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X11, iş üzrə borcu Cavabdeh1 və hal şahidləri X9 və X3 iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(027)-52 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 yaşadığı, əmlakların yerləşdiyi Quba rayonu, Digah kəndində yerləşən evə gəlmişlər, icra tədbiri zamanı məhkəmə qərardadında qeyd olunmuş qızıl əşyalarından 1) 01 ədəd 750 manat dəyərində 750 əyyar 5 qram ölçülü üzərində “NM” yazısı olan sadə qaşlı üzük, 2) 01 ədəd 830 manat dəyərində 750 əyyar 5,6 qram ölçülü sadə qaşlı nişan üzüyü, 3) ad günündə alınan üzərində “NM” yazılan sadə qaşlı 585 əyarlı 4,50 qram ölçüdə 420 manat dəyərində 1 cüt sırğa, 4) qızıl komplekt 585 əyyar 5,6 qram ölçüdə 590 manat dəyərində 01 ədəd sadə qaşlı üzük, 585 əyyar, 9,6 qram ölçüdə 1120 manat dəyərində 01 cüt sırğa, 585 əyyar, 6,6 qram ölçüdə 850 manat dəyərində 01 ədəd sep, 585 əyyar 5,7 qram ölçüdə 670 manat dəyərində kulon, 585 əyyar 16 qram 1880 manat dəyərində qolbaq istisna olmaqla digər bütün əmlakları tərəflərindən aşkarlanaraq tərəflərin birgə razılığına əsasən icra sənədində göstərilən həmin əşyalar iş üzrə tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 təhvil verildi. Eyni zamanda S.Nəcəfovaya aşkarlanmış qızıl-zinət və cehiz əmlakları verilərkən saxlancına görə yarana biləcək məsuliyyət barədə qanunun tələbi izah edildi. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı iddia ərizəsində göstərdiyi qızılzinət əşyalarının qiymətləri həmin fotoşəkillərdə gösətrilən qiymətlərlə üst-üstə düşür. Məhkəmə işdəki sübutlardan müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2022-ci ilin may ayında nikahlarını rəsmi qeyd etdirməklə, evlənib ailə qurmuş, Cavabdeh1 ilə birlikdə yaşamış, hazırda onların nikahı pozulmuşdur. Məhkəmə həmçinin iddia ərizəsindən, iddiaçının nümayəndəsinin, Cavabdeh1 izahatlarından və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən etmişdir ki, cavabdeh X13 tərəfindən İddiaçı 750 manat dəyərində, kütləsi 5 qram olan 750 əyarlı, 1 ədəd sadə qaşlı üzərində “NM” yazılı qızıl üzük, 830 manat dəyərində, kütləsi 5,6 qram olan 750 əyarlı 1 ədəd sadə qaşlı qızıl nişan üzüy, 420 manat dəyərində, kütləsi 4,5 qram olan, 585 əyarlı 1 cüt üzərində “NM” yazılan sadə qaşlı qızıl sırğa, 390 manat dəyərində, kütləsi 3,6 qram olan, 585 əyarlı 1 ədəd tək sadə qaşlı qızıl üzük, 590 manat dəyərində qızıl komplektə aid, kütləsi 5.6 qram olan, 585 əyarlı 1 ədəd sadə qaşlı qızıl üzük, 1120 manat dəyərində, kütləsi 9,6 qram olan, 585 əyarlı 1 cüt qızıl sırğa, 850 manat dəyərində, kütləsi 6,6 qram olan, 585 əyarlı 1 ədəd qızıl sep, 670 manat dəyərində, kütləsi 5,7 qram olan, 585 əyarlı 1 ədəd qızıl klon, 1880 manat dəyərində, kütləsi 16 qram olan, 585 əyarlı 1 ədəd qızıl qolbağdan ibarət qızıl-zinət əşyaları bağışlanmış və həmin əşyalar iddiaçı tərəfindən qəbul edilmişdir. Həmçinin cavabdehin məhkəmədə verdiyi izahatda tələb olunan yuxarıda göstərilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evi tərk edərkən aparılması hissəsinə məhkəmə tənqidi yanaşaraq bildirir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan müəyyən olunur ki, iddiaçıya hədiyyə kimi (iddiaçının öz qohumları trəfindən) verilmiş qızıl-zinət əşyaları və cehiz əmlak həmin tarixdə gəlin köçmüş yaşayış evindən aşkarlanaraq saxlanca verilmişdir. Hazırda tələb olunan qızılzinət əşyaları aşkar edilməmişdir (cavabdeh tərəfindən hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları). Buda onu göstərir ki, iddiaçı evi tərk edərkən qızıl-zinət əşyalarını götürmüşdürsə, icra tədbiri zamanı aşkar olunan qızıl-zinət əşyalarını niyə götürməmişdir?. Bununla da cavabdehin məhkəmədə verdiyi izahat qızıl-zinət əşyaları hissəsində qeyri-səmimidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi və dəyəri yuxarıda göstərilən qızıl-zinət əşyalarının İddiaçı Cavabdeh1 tərəfindən hədiyyə şəklində verilməsi, iddiaçı ilə Cavabdeh1 arasında qeyd edilən əmlaklara dair bağışlama müqaviləsinin bağlanması və həmin əşyaların cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibliyində qalması və bu sahibliyin qeyri-qanuni olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən qəbul edilməsini, işdəki sübutlara görə hədiyyə kimi cavabdeh tərəfindən bağışlanmasını, onun bu əşyaları iddiaçıya bağışlaması barədə şifahi formada bağışlama müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, 750 manat dəyərində, kütləsi 5 qram olan 750 əyarlı, 1 ədəd sadə qaşlı üzərində “NM” yazılı qızıl üzük, 830 manat dəyərində, kütləsi 5,6 qram olan 750 əyarlı 1 ədəd sadə qaşlı qızıl nişan üzüy, 420 manat dəyərində, kütləsi 4,5 qram olan, 585 əyarlı 1 cüt üzərində “NM” yazılan sadə qaşlı qızıl sırğa, 390 manat dəyərində, kütləsi 3,6 qram olan, 585 əyarlı 1 ədəd tək sadə qaşlı qızıl üzük, 590 manat dəyərində qızıl komplektə aid, kütləsi 5.6 qram olan, 585 əyarlı 1 ədəd sadə qaşlı qızıl üzük, 1120 manat dəyərində, kütləsi 9,6 qram olan, 585 əyarlı 1 cüt qızıl sırğa, 850 manat dəyərində, kütləsi 6,6 qram olan, 585 əyarlı 1 ədəd qızıl sep, 670 manat dəyərində, kütləsi 5,7 qram olan, 585 əyarlı 1 ədəd qızıl klon, 1880 manat dəyərində, kütləsi 16 qram olan, 585 əyarlı 1 ədəd qızıl qolbağdan ibarət qızıl-zinət əşyaları İddiaçı hədiyyə şəklində verildiyindən və bu əşyalar onun tərəfindən qəbul edildiyindən, həmin əşyalar İddiaçı xüsusi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın verilmə üsullarından biri kimi təsbit olunmuşdur. Yenə də həmin Məcəllənin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Qanun normalarının məzmunundan göründüyü kimi, hazırki iş üzrə tələb olunan qızıl-zinət əşyaları həqiqi hüquq əsasında iddiaçının birbaşa sahibliyinə verilmiş və iddiaçı həmin əmlaka mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya məxsus olan və yuxarıda göstərilən qızıl-zinət əşyalarının cavabdehlər tərəfindən qeyri-qanuni sahibliklərində saxlanılaraq, iddiaçıya qaytarılmaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna madlikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, bu qanun norması üzrə iddiaçının öz əmlakını cavabdehlərin qeyri-qanuni sahibliyindən tələb etməsi üçün vacib olan 3 dispozitiv şərtin 3-ü də mövcuddur. Belə ki, həmin əşyalar üzərində iddiaçının mülkiyət hüqüqları vardır, həmin əşyalar cavabdehlərin sahibliyindədir və cavabdehlərin bu əşyalara sahibliyi qeyri-qanunidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut eməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, İddiaçı toy hədiyyəsi kimi bağışlanmış, iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin qeyri-qanuni sahibliyində olan 750 manat dəyərində, kütləsi 5 qram olan 750 əyarlı, 1 ədəd sadə qaşlı üzərində “NM” yazılı qızıl üzük, 830 manat dəyərində, kütləsi 5,6 qram olan 750 əyarlı 1 ədəd sadə qaşlı qızıl nişan üzüy, 420 manat dəyərində, kütləsi 4,5 qram olan, 585 əyarlı 1 cüt üzərində “NM” yazılan sadə qaşlı qızıl sırğa, 390 manat dəyərində, kütləsi 3,6 qram olan, 585 əyarlı 1 ədəd tək sadə qaşlı qızıl üzük, 590 manat dəyərində qızıl komplektə aid, kütləsi 5.6 qram olan, 585 əyarlı 1 ədəd sadə qaşlı qızıl üzük, 1120 manat dəyərində, kütləsi 9,6 qram olan, 585 əyarlı 1 cüt qızıl sırğa, 850 manat dəyərində, kütləsi 6,6 qram olan, 585 əyarlı 1 ədəd qızıl sep, 670 manat dəyərində, kütləsi 5,7 qram olan, 585 əyarlı 1 ədəd qızıl klon, 1880 manat dəyərində, kütləsi 16 qram olan, 585 əyarlı 1 ədəd qızıl qolbağdan ibarət qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

q ə t e t d i:

İddia təmin olunsun. 750 manat dəyərində, kütləsi 5 qram olan 750 əyarlı, 1 ədəd sadə qaşlı üzərində “NM” yazılı qızıl üzük, 830 manat dəyərində, kütləsi 5,6 qram olan 750 əyarlı 1 ədəd sadə qaşlı qızıl nişan üzüy, 420 manat dəyərində, kütləsi 4,5 qram olan, 585 əyarlı 1 cüt üzərində “NM” yazılan sadə qaşlı qızıl sırğa, 390 manat dəyərində, kütləsi 3,6 qram olan, 585 əyarlı 1 ədəd tək sadə qaşlı qızıl üzük, 590 manat dəyərində qızıl komplektə aid, kütləsi 5.6 qram olan, 585 əyarlı 1 ədəd sadə qaşlı qızıl üzük, 1120 manat dəyərində, kütləsi 9,6 qram olan, 585 əyarlı 1 cüt qızıl sırğa, 850 manat dəyərində, kütləsi 6,6 qram olan, 585 əyarlı 1 ədəd qızıl sep, 670 manat dəyərində, kütləsi 5,7 qram olan, 585 əyarlı 1 ədəd qızıl klon, 1880 manat dəyərində, kütləsi 16 qram olan, 585 əyarlı 1 ədəd qızıl qolbağdan ibarət qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar