Məhkəmə qərarları › İş №2(027)-1808/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1808/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1808/2025 26.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 08 may 2025-ci il tarixdə Quba 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ona qarşı nikahın pozulması və birgə mülkiyyətində olan əmlakın bölünməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək, cavabdeh Ərizəçi ilə aralarında olan xx.xx.2000-ci il tarixdə qeydə alınmış nikahlarının pozulması, nikahları pozularkən cavabdeh Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri xx.xx.2022-ci il tarixli **********92-10301 reyestr nömrəli çıxarışa əsasən Ərizəçi adına qeydə alınmış Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən fərdi yaşayış evinin və Ford markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobilin bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-997/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qətnaməsilə iddia təmin olunmuş, Maraqlı şəxs ilə Ərizəçi arasında Quba rayon Qeydiyyat şöbəsində 19 may 2000-ci il tarixdə bağlanmış, 60 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli Çıxarışla Ərizəçi adına dövlət qeydiyyatına alınmış Quba şəhəri 32-33-cü məhəllədə yerləşən fərdi yaşayış evi və Ərizəçi adma qeydiyyata alınmış ‘‘Ford Transit minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı ilə cavabdeh arasında bərabər bölünsün, həmin yaşayış evinin və nəqliyyat vasitəsinin ½ hissəsinə Maraqlı şəxs, ½ hissəsinə isə Ərizəçi payları müəyyən edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 997/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin bəndləri məcburi icra üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.Ərizəçi Maraqlı şəxs ilə 19 may 2000-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar, birgə nikah dövründə Ərizəçi adına **-DY-*** dövlət qeydiyyat nişanlı FORD markalı avtomobil, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92-10301 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri 32-33-cü məhəllədə yaşayış evi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli. **********6-05301-093063 reyestr nömrəli, çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil Ərizəçi adma qeydə alınmışdır. Maraqlı şəxs həmin əmlaklardan özünə düşən ½ hissə payın əvəzinə 50000 (əlli min) manat məbləğində pul alır. 2.Maraqlı şəxs razılaşır ki, Ərizəçi ilə birgə nikah dövründə Ərizəçi adma qeydə alınmış bu barışıq sazişinin 2.1.1-ci maddəsində göstərilən əmlaklardan ona düşən 1/2 hissə payın əvəzi olaraq Ərizəçi 50000 (əlli min) manat məbləğində pul alır. Bundan sonra Ərizəçi qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı heç bir tələb və şikayəti olmayacaqdır. 3.Maraqlı şəxs razılaşır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-997/2024 saylı qətnaməsi (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)-167/2025 saylı. xx.xx.2025-ci il tarixli qətnaməsi) icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilən zaman həmin tələbdən imtina edir və qətnamənin icrasına xitam verilməsi barədə ərizə ilə Quba rayon İcra və probasiya şöbəsinə müraciət edəcəkdir. 4.Ərizəçi Maraqlı şəxs qarşı birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı heç bir şikayət və tələbi olmayacaqdır. 5.Tərəflər razılaşırlar ki. bu barışıq sazişi Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-997/2024 saylı qətnaməsinə (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 167/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi) əsasən Quba rayon İcra və probasiya şöbəsinə verilmiş icra sənədinin icrasına xitam verilməsi üçün əsasdır. 6.Tərəflər barışıq sazişi bağlanan zaman Quba Rayon Məhkəməsinin 2(027)- 997/2025 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin nəzərə alınmamasına razılaşdılar. 7.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara, o cümlədən Quba Rayon Məhkəməsinin 2(027)-997/2025 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 8.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icranı yerinə yetirməmiş, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Maraqlı şəxs öz növbəsində sazişin şərtlərinin icrasından imtinanı ərizəçinin ona düşən şərtlərin icrasından imtina etməsi ilə əlaqələndirmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və sair məsələlərlə bağlı qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Quba 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış “Barşıq Sazişi”nin bəndləri məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar