Məhkəmə qərarları › İş №2(027)-1809/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1809/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1809/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 1958-ci il tarixdə Quba rayonu, Rüstov kəndində anadan olmuş X1 xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X2 ilə xx.xx.1982-ci il tarixdə nikahlarını Quba rayonu, Rustov İƏD üzrə icra nümayəndəliyində rəsmi qeyd etdilməklə ailə qurublar və 11 № ilə qeydə alınıb. X2 xx xxxxxx 1958-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş və Rustov kəndində yaşamışdır. Uzun sürən xəstəlikdən sonra İdris Cəbrayılov xx xxxxxxx 2000-ci il tarixdə Rustov kəndində vəfat etmişdir. İdris Cəbrayılov yaxın qohum və qonşuların iştirakı ilə Güneyməhəllə kənd qəbiristanlığında dəfn edilib. Bu fakt ərizəyə əlavə olunmuş Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində tərtib və təsdiq olunmuş xx xxxxxxxx 2020-ci il tarixli akt ilə də təsdiq olunub.Həmin vaxt qanunu bilmədiyindən ərinin ölümünü rəsmiləşdirə bilməmişdir. Ərizəçi bildirdi ki, vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar mərhum əri X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli, 556 saylı məktubu ilə X1 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən mərhum əri X1 xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdu. Əlavə olaraq bildirdiki, ərinin xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi və Güneyməhəllə kənd qəbiristanlığında dəfn edilməsi və dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verə bilərlər.Göstərilənləri nəzərə alaraq, xx xxxxxx 1958-ci il tarixdə Quba rayonu, Rüstov kəndində anadan olmuş X1 xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid Əlixanov Rüfət Mövlan oğlu bildirdi ki, mərhum X2 bacısı Ərizəçi həyat yoldaşı olub, o, xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində vəfat etmiş. Güneyməhəllə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iş üzrə Ərizəçi, şahid Əlixanov Rüfət Mövlan oğlunu dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2020-cu il tarixli aktdan görünür ki, Quba rayonu, Rustov kənd sakini mərhum X2 xx.xx.2000-ci il tarixdə vəfat etmiş və Güneyməhəllə kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 144 nömrəli arayışdan görünür ki, X2 barəsində Maraqlı şəxsndə 1997-2003-cü illər üzrə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli 556 saylı məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 241 nömrəli arayışdan görünür ki, X2 ilə Ərizəçi nikahları haqqında Maraqlı şəxsndə xx.xx.1982-ci il tarixdə 11 nömrəli nikay qeydi tərtıb olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyinin arayışından məlum olurki, Ərizəçi quba rayonu Rustov kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx xxxxxx 1958-ci il tarixdə Quba rayonu, Rüstov kəndində anadan olmuş X1 xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx xxxxxx 1958-ci il tarixdə Quba rayonu, Rüstov kəndində anadan olmuş X1 xx xxxxxxx 2000-ci il tarixdə Quba rayonu, Rustov kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar