Məhkəmə qərarları › İş №2(027)-1809/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1809/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1809/2023 18.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1923-cü ildə anadan olmuş anası X5 16 aprel 2016-cı il tarixdə Quba rayonu, Yerfı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X10 ilə anası X7 rəsmi nikahı qeyd etdirərək ailə qurmuşlar. Onların nikahından o xx xxxxxx 1956-cı il təvəllüdlü Ərizəçi və digər bacı və qardaşları anadan olmuşlar. X10 07 aprel 1993-cü il tarixdə vəfat etmişdir. X3 yataq xəstəsi olmuşdur. Uzun sürən xəstəlikdən sonra 16 aprel 2016-cı il tarixdə vəfat etmiş və Quba rayonu, Yerfı kənd qəbirstanhğmda dəfn etmişdir. Həmin vaxt anasının ölümü ona pis təsir etdiyi və qanunu bilmədiyi üçün ölümü rəsmiləşdirməmişdir. Daha sonra anası Güləbatın Əlixanovanın ölüm haqqında sənədinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 23 iyun 2023-cü il tarixli məktubu ilə ölümün qeydə alınmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Bildirmək istəyir ki, anası 1923-cü il tarixdə anadan olmuş X6 dəfn mərasimində qonşular və qohumlar iştirak etmişlər. Həmçinin iddia ərizəsinə əlavə etdiyi akt və arayış və fotoşəkil bunu bir daha təsdiq edir. Ona görə də, 1923-cü ildə anadan olmuş anası X6 16 aprel 2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində ərizəçinin həmkəndlisi olduğunu, ərizəçinin anasının 16 aprel 2016-cı il il tarixdə Quba rayonu, Yerfi kəndində ölməsini və kənd qəbristanlığında dəfn edilməsini və onun dəfn mərasimində iştirak etməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ərizəçinin qonşusu olduğunu, ərizəçinin anasının 16 aprel 2016-cı il il tarixdə Quba rayonu, Yerfi kəndində ölməsini və kənd qəbristanlığında dəfn edilməsini və onun dəfn mərasimində iştirak etməsini təsdiq etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X19 xx.xx.1993-cü il tarixdə Quba rayonu, Yerfi kəndində ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Yerfi kənd İƏD üzrə nümayəndəsinin 03 iyul 2023-cü il tarixli 38№li arayışından görünür ki, X1 yaşamış, xx.xx.2016-cı ildə vəfat etmiş və Yerfi kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn xərclərini Ərizəçi çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 11 iyul 2023-cü il tarixli Arxiv Arayışından görünür ki, Yerfi kənd ZDS İcraiyyə komitəsinin 1969-1971-ci illərə aid 1 saylı təsərrüfatbaşına kitabında 25 saylı təsərrüfatın başçısı X14 25.Vİİİ.1913-cü ildə, arvadı X6 20.Vİİ.1923-cü ildə anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan X11, X15 və X12 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, 1923-cü il təvəllüdlü Ərizəçi anası mərhum X9 2016-cı il aprel ayının 16-da vəfat etmişdir. Onlar yas və dəfn mərasimində iştirak etmişlər. Həmin vaxt anasının ölümündən dərin sarsıntı keçirdiyi və hüququ bilmədiyi üçün ölümü rəsmiləşdirilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 23 iyun 2023-cü il tarixli, 250 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X9 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə xx.xx.2016-xx.xx.2023-cü illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-348/2023 nömrəli məktubundan görünür ki, X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X6 16 aprel 2016-cı il tarixdə Quba rayonu, Yerfi kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1923-cü ildə anadan olmuş X6 16 aprel 2016-cı il tarixdə Quba rayonu, Yerfi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1923-cü ildə anadan olmuş X6 16 aprel 2016-cı il tarixdə Quba rayonu, Yerfi kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar