Məhkəmə qərarları › İş №2(027)-1864/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1864/2020

06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1864/2020 06.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, ərizəçi X2 maraqlı şəxslər Maraqlı şəxs1, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 maraqlı şəxslər Maraqlı şəxs1, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 anası olmaqla, qohumluq münasibətində olması və anası X3 miras qalmış JN 140, KOD 30310048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsASAN verilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 2,85 ha kənd təsərrüfatı istehsalı üçün nəzərdə tutulan torpaq sahəsindən, JN-116F, KOD 30310048 saylı Torpağın Mülkiyyətə Yerilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,14 ha torpaq sahəsindən ona düşən payın, anası X5 ölümündən sonra onun, yəni X6 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçi X2 ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizədə qeyd edilən tələbin ərizəçi X6 tərəfindən verilməsi qeyrimümkün olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.1 və 150.0.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsinə əsasən müəyyən olunmuş formada və məzmunda tərtib olunmamışsa geri qaytarır; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin eyni Məcəllənin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi məhkəmədən “xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 anası olmaqla, qohumluq münasibətində olması və anası X3 miras qalmış JN 140, KOD 30310048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsASAN verilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 2,85 ha kənd təsərrüfatı istehsalı üçün nəzərdə tutulan torpaq sahəsindən, JN-116F, KOD 30310048 saylı Torpağın Mülkiyyətə Yerilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,14 ha torpaq sahəsindən ona düşən payın, anası X5 ölümündən sonra onun, yəni X6 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk olaraq ərizəyə və ona əlavə edilmiş sənədlərə baxış keçirildikdə müəyyən edildi ki, ərizə qanunla müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edilməklə, ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb (xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 anası olmaqla, qohumluq münasibətində olmasını və anası X3 miras qalmış əmlakdan ona düşən payın qəbul edilməsi faktının müəyyən edilməsini) birləşdirilmişdir ki, bu da yolverilməzdir. Belə ki, hər iki tələblə bağlı ərizələr ayrı-ayrılıqda məhkəməyə təqdim edilməlidir. Ərizəyə əlavə edilmiş ərizəçi X4 məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1960-cı ildə Quba rayonu, Zərqava kəndində doğulmuşdur. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən, ilkin olaraq hüquqi əhəmiyyətli faktın, yəni xx.xx.2015ci il tarixdə vəfat etmiş X9 ilə qohumluq əlaqələrinin müəyyən edilməsi üçün Quba rayon Qeydiyyat şöbəsinə müraciət etmədən və həmin şöbədən müvafiq cavab almadan, tək şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etməklə kifayətlənərək, məhkəmə qarşısında X9 ilə qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi tələbi ilə çıxış etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda, hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılması mümkün deyildir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən ərizəçi ilkin olaraq hüquqi əhəmiyyətli faktın, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş X9 ilə qohumluq əlaqələrinin müəyyən edilməsi barədə Quba rayon Qeydiyyat şöbəsinə müraciət etməklə və yaxud məhkəmə daydasında əldə etdiyi hüquqmüəyyənedici sənədi (doğum haqqında şəhadətnamə) sübut qismində ərizəyə əlavə etməmişdir. Bu baxımdan ərizəçi X1 Tavat Məmməd qızına münasibətdə ailə üzvü kimi tanınmadığından, onun ərizədə göstərilən ikinci tələblə bağlı (miras qəbul edilməsi) məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ yaranmır. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsində aydın göstərilir ki, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 maraqlı şəxslər Maraqlı şəxs1, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçi X4 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 maraqlı şəxslər Maraqlı şəxs1, Əhmədova (Nəzərova) Toyxanım Lətif qızı, Qədəşova (Nəzərova) Ayşə Lətif qızı, Maraqlı şəxs4, Mikayılova (Cəbrayılova) Solmaz Lətif qızı, Maraqlı şəxs6 və Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. X4 izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar