Məhkəmə qərarları › İş №2(027)-1865/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1865/2022

28.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1865/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi X1 nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01 avqust 1963-cü il tarixdə Quba rayonu Digah kəndində anadan olmuş X17 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi X1 nümayəndəsi X14 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o xx xxxx 1938-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olub. 07 iyun 1956-cı il tarixdə X23 ilə rəsmi nikaha daxil olub. Birgə nikahdan 01 avqust 1963-cü il tarixdə X24 adlı və bundan başqa dörd övladı anadan olub. X11 1995-ci ilə kimi Quba rayonu, Digah kəndində yaşayıb. 1995-ci ildə oğlu Altay Polatov işləmək üçün Rusiya Federasiyasına gedib. Həmin gündən sonra oğlu Altay Polatov ilə əlaqələri kəsilib. Oğlunu axtarmaq üçün Rusiya Federasiyasına gedib. Onun Rusiya Federasiyasında öldüyü xəbərini alsa da, onun nə ölüsü, nə də dirisi tapılmayıb. Bundan sonra yenidən oğlunun axtarılması ilə bağlı Quba rayon Polis Şöbəsinə müraiət edib. Quba rayon Polis Şöbəsinin 31 mart 2022-ci il tarixli məktubu ilə xx.xx.1963-cü il təvəllüdlü X17 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hərhansı bir məlumatlar olarsa xəbər veriləcəyi qeyd edilib. Lakin bu günə kimi X11ndan heç bir xəbər yoxdur, bu günə kimi onu görən və barəsində nəsə eşidən olmayıb. Ona görə də X11nu ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 06 aprel 2022-ci il tarixli, 05/Q-169 nömrəli məktubu ilə mənə bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda oğlunun ölmüş elan edilməsi onlara vərəsəlik məsələsinin həlli üçün lazımdır. X3 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, 01 avqust 1963-cü il tarixdə Quba rayonu Digah kəndində anadan olmuş X17 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X16 bildirdi ki, Ərizəçi həm yaxın qohumu, həm də qonşusudur. İllərdir ki, onları bir ailə kimi tanıyır. X11 1994-cü ildə işləmək üçün Rusiya Federasiyasının Surqut şəhərinə gedib, sonradan xəbər gəldiki onu öldürüblər. O, Altayı axtarmaq üçün Surqut şəhərinə gedib, orda öldürüldüyü barədə məlumat alsa da, onun nə ölüsü nə dirisi tapılmayıb, bu günə kimi də bir xəbər yoxdur. Ona görə də Ərizəçi X17 ölmüş elan edilməsi barədə ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçi X1 nümayəndəsi X7, şahid X8 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 31 mart 2022-cu il tarixli 146 7/9- 7772P-3122 saylı arayışı ilə 01 avqust 1963-cü il təvəllüdlü X17 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa, Ərizəçi bildiriləcəyi göstərilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 31 mart 2022-cu il tarixli 146 7/9-7772P-3122 saylı məktubu ilə 01 avqust 1963-cü il təvəllüdlü X17 qohumları ilə əlaqələri itmiş şəxs kimi axtarılır və tapılması üçün axtarış tədbirlərinin davam etdirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X24 01 avqust 1963-cü il tarixində anadan olmuş, 08 avqust 1963-cü il tarixli kitabında 0100 nömrə ilə qeydiyyat aparılmışdır. X6, anası Ərizəçi qeyd olunub. Quba rayon Alpn İƏD-nin xx.xx.1956-cı il kitabının 0021 nömrəli nikah sıifəsindən çıxarışdan məlum olur ki, X21 ilə Ərizəçi arasında nikah bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05Q/- 169 nömrəli məktubundan görünür ki, X24 barəsində ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Quba rayonu Digah kənd sakinləri X2, X10, X5 iştirakı ilə tərtib edilmiş və öz imzalarıyla təsdiq edilmiş aktdan görünür ki, 01 avqust 1963-cü il təvəllüdlü X9 rayonu Digah kəndində yaşamış, 1995-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtdan onu bir daha həmin kənddə görməyiblər. Yaxınlarının dediyinə görə o Rusiya Federasiyasında vəfat edib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Digah kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 01 avqust 1963-cü il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş X18 ölmüş elan edilməsi tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 01 avqust 1963-cü il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş X25 ölmüş elan edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar