Məhkəmə qərarları › İş №2(027)-1872/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1872/2023

14.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1872/2023 14.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərərək, onunla Maraqlı şəxs arasında 18 noyabr 2022-ci il tarixdə imzalanmış barışıq sazişinin 1ci maddəsinin, yəni birgə nikahlarından anadan olmuş 03 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin Maraqlı şəxs alınaraq ona verilməsinə aid hissəsinin təsdiq olunması və dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi Maraqlı şəxs qarşı aliment tələbi, uşağın xəstəliyi ilə bağlı xərclərdə iştirak barədə təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında 18 noyabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs birgə nikahdan anadan olmuş 03 may 2017-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsini və yetkinlik yaşına çatanadək hər ay saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment ödəməyə razılıq vermişdir. Lakin barışıq sazişinin imzalanmasından 8 aydan çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı hissəsini könüllü şəkildə icra etmir. Bununla bağlı o Maraqlı şəxs barışıq sazişinin icra edilməsinə dair bildiriş də göndərmişdir. Lakin heç bir nəticəsi olmamışdır. O, oğlunun ehtiyaclarını tək qarşılayır. X7 xəstədir. Onun mütəmadi olaraq müalicə və müayinə olunması vacibdir. Onun iş yeri yoxdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və birgə nikahdan olan uşağın saxlanılması üçün alimenti ödəmir. Barışıq sazişinin bağlanmasından 8 (səkkiz) aydan çox vaxt keçmişdir. Bu vaxta kimi uşağnın nə yeyib- içməsi və necə yaşaması barədə Maraqlı şəxs maraqlanmır, halbuki qanunla Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməli və birgə nikahlarından olan uşağının saxlanılması üçün aliment ödəməlidir. Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin 9-cu bəndinə əsasən "saziş könüllü icra edilmədiyi təqdirdə tərərflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbiləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. O hal-hazırda həmin rüsumu ödəmiş və aralarında bağlanmış sazişin 9-cu maddəsinə əsasən ödədiyi 100 manat məbləğində dövlət rüsumunun əvəzi də Maraqlı şəxs alınaraq ona verilməlidir Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdi ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və birgə nikahdan olan uşağının saxlanılması üçün alimenti ödəmir. Barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyi təqdirdə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasında maddi imkanı olmadığına görə aliment ödəyə bilmədiyini aliment ödəməyə etiraz etmədiyini göstərmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “İkinci tərəf” Maraqlı şəxs Birgə nigahdan anadan olmuş 03 may 2017-ci il təvəllüdlü X3. Birinci tərəf Ərizəçi himayəsinə verilməsi və yetkinlik yaşma çatanadək hər ay saxlanılması üçün 200 ( iki yüz ) manat məbləğində aliment verilməsinə razıdır. “Birinci tərəf” Ərizəçi, ikinci tərəf Maraqlı şəxs Birgə ! nigahdan anadan olmuş 03 may 2017-ci il təvəllüdlü X3 hər ay 3 (üç) dəfə övladı ilə görüşməsi üçün şərayət yaradacaq. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından olan 03 may 2017-ci il təvəllüdlü X4 hazırda yetkinlik yaşına çatmamışdır. 18 noyabr 2022-ci il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs 03 may 2017-ci il təvəllüdlü X4 üçün yetkinlik yaşına çatana qədər hər ay 200 manat sabit pul məbləğində aliment ödəyəcəyini bildirmişdi. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Alimentin tutulacağı tarix 2022-ci ilin noyabr ayı kimi müəyyən edldiyindən, barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Quba rayon Mediasiya təşkilatında 18 noyabr 2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat Maraqlı şəxs tutularaq, Ərizəçi verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 18 noyabr 2022-ci il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs Birgə nikahdan anadan olmuş 03 may 2017-ci il təvəllüdlü X1 Ərizəçi himayəsinə verilməsi və yetkinlik yaşma çatanadək hər ay saxlanılması üçün 200 (iki yüz ) manat məbləğində aliment verilməsinə razıdır. Alimentin tutulması 28 noyabr 2022-ci il tarixdən hesablansın. Maraqlı şəxs tərəfindən 18 noyabr 2022-ci il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat Maraqlı şəxs tutularaq, Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar