Məhkəmə qərarları › İş №2(027)-1880/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1880/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1880/2020 26.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddaçı «İddiaçı” BOKT MMC-nin nümayəndəsi X7 və cavabdeh X3 iştirakı ilə, «İddiaçı” BOKT MMC-nin cavabdehlər X4 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı” BOKT MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” X14 Təşkilatı Məhdud MMC-nin Quba filialı ilə X5 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 433 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 4902,22 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 2506,40 ABŞ dolları, dəbbə pulu 1207 ABŞ dolları olmaqla cəmi 11986,40 ABŞ dolları məbləğdə olmaqla, həmçinin köçürülmüş 30 manat dövlət rüsumu X2 alınaraq, İddiaçı- nin xeyrinə ödənilməsi, borcun kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, RX-0303691 saylı Çıxarışa əsasən X3 mülkiyyətində olan Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli, RX ******* saylı Çıxarışa əsasən X3 mülkiyyətində olan, Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən İddiaçı-yə olan borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məhkəmə rüsumunun ödənilməsi vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. «İddiaçı” BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X5 arasında xx xxxxxxx 2015-ci il tarixli 433 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə X4 İddiaçı-nin Quba filialı tərəfindən fərdi ev təmiri məqsədilə 5000 (beş min) ABŞ dolları məbləğində pul ayrılmışdır. X1 illik 23% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit Müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə (aylıq ödəniş 193,55 (bir yüz doxsan üç dollar əlli beş sent) ödəməli olduğu halda, ödəniş qrafikinə uyğun yerinə yetirilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, Qeydiyyat nömrəsi **********, Seriya RX-0303691) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən, X6 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuş, tərəflər arasında xx xxxxxxx 2015-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRX- nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı xx.xx.2017- ci if. tarixli, Qeydiyyat nömrəsi - **********, RX seriyalı №1135067 saylı Çıxarış verilmişdir. İddiaçı-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam "‘surətdə icra etmiş və kredit məbləğini X4 vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona esablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamışdır. Onunla dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. İpoteka müqaviləsinin 2.5ci bəndinə əsasən, tərəflər ipoteka predmetinin qiymətini 12 000 (on iki min) ABŞ dolları məbləğində qiymətləndiriblər. İddiaçı həmin rəqəmin məhkəmə tərəfindən həmçinin ipoteka predmetinin ilkin satış qiyməti kimi təsdiq olunmasına tərəfdardır. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında «İddiaçı” BOKT MMC-nin nümayəndəsi X8 iddia tələbini müdaifə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul edərək, qanuna müvafiq qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə X4 36 ay müddətinə, illik 23% olmaqla, 5.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünürki, xx.xx.2020-ci il tarixinə cavabdehin BOKT-a 4188,34 ABŞ dolları əsas borcu, 2506,40 ABŞ dolları məbləğində faiz borcu, 1207 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 7901,74 ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş X5 ilə «İddiaçı” BOKT MMC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, seriya MA 0303691) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən X4 məxsus Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 102 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş ((Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, seriya MA 0303691) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinddir. İş materiallarında olan Reyestr nömrəsi **********186, qeydiyyat nömrəsi **********, seriya RX 1135067, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 83 saylı, xx.xx.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi 15.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxx” MMC-nin 0333/19/PSG saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi 8.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ipoteka predmeti ilə bağlı rəyini hazirki bazar qiymətkəri nəzərə alınmaqla daha ağlabatan hesab edir və sübut kimi qəbul edir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, «İddiaçı” BOKT MMC ilə X5 arasında xx.xx.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fərdi ev təmiri məqsədilə X4 36 ay müddətinə, illik 23% olmaqla, 5.000 ABŞ dolları kredit ayrılması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışla X3 mülkiyyətində olan Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin ipotekaya qoyulması, X3 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində «İddiaçı” BOKTa əsas borc üzrə 4188,34 ABŞ dollar manat, faiz borc üzrə 2506,40 ABŞ dollar borclu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı«İddiaçı” BOKT MMC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 433 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbi, həmçinin X2 bankın xeyrinə əsas borc üzrə 4188,34 ABŞ dollar və faiz borc üzrə 2506,40 ABŞ dollar məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 1207 ABŞ dolları məbləğində dəbbə pulu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, dəbbə pulunun 20 ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş X3 mülkiyyətində olan Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti ekspertizanın rəyi nəzərə alınaraq, 15000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X3 mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh X5 ilə «İddiaçı” BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh X2 «İddiaçı” BOKT MMC-niin xeyrinə əsas borc üzrə 4188,34 ABŞ dollar, faiz borcu üzrə 2506,40 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 6714,74 ABŞ dolları məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma cavabdeh X3 mülkiyyətində olan Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti 15000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli və iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin cavabdeh X2 bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. «İddiaçı” BOKT MMC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 433 saylı kredit müqaviləsi ləğv edilsin; X2 «İddiaçı” BOKT MMC-nin xeyrinə əsas borc üzrə 4188,34 ABŞ dollar, faiz borcu üzrə 2506,40 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 6714,74 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutulsun; borc ödənilmədikdə «İddiaçı” BOKT MMC-nin tutma tələbi AR DƏDRX tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, RX-0303691 saylı Çıxarışa əsasən cavabdeh X3 mülkiyyətində olan Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə yönəldilsin, həmin ipoteka predmetinin ilkin satış qiyməti 15000 manat müəyyən edilsin. Açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar