Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1885/2021 21.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, həyat yoldaşı X2 21.03.2020-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəmə müraciət edərək, həyat yoldaşı X2 21.03.2020ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 21.03.2020-ci il tarixdə Quba RMX-nın Acil bölməsində böyrək çatışmazlığından vəfat etmişdir. Ölkədə Covid-19 pandemiyası ilə bağlı karantin olduğundan yaş həddi 65 olduğu nəzərə alınaraq onun hərəkəti məhdudlaşdırıldığı üçün həyat yoldaşı Hüseynova Çiçəyin ölümü haqqında “ölüm şəhadətnaməsi” çıxarılması üçün xeyli müddət müraciət edə bilməmişdir. Lakin sonradan həyətyanı torpaq sahəsinə çıxarış alınması zaman həyat yoldaşı Hüseynova Çiçəyin ölüm haqqında şəhadətnaməsi olmadığından həmin sənədləşmə işlərini davam etdirə bilmir. O, Quba rayon Qeydiyyatı şöbəsinə müraciət etmiş, onun müraciəti zamanı müəyyən edilmişdir ki, o ölüm haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddət buraxmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 və X12 oğlu bildirmişlər ki, X3 onların anası olmuşdur. X1 21.03.2020-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Quba RMX-nın 05.03.2021-ci il tarixli arayışından görünür ki, 21.03.2020-ci il tarixində, saat 08:55 radələrində rəsmi müraciət etmiş şəxsin həyat yoldaşı, 1971-ci il təvəllüdlü, Quba rayonu Vəl-vələ kənd sakini, X4, Quba RMX-nın Acil bölməsinə çox ağır vəziyyətdə gətirilmişdir. Daxil olarkən xəstənin vəziyyəti, kritiki ağır olmuş və xəstə aqoniya vəziyətində olmuşdur. Xəstənin sahiblərinin qeyd etdiyinə görə, xəstə uzun müddətdir ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkir və hemodializ olunur. Daxil olarkən xəstədə xroniki 7 böyrək çatışmazlığının kəskinləşməsindən əlavə ürək ağciyər çatışmazlığı baş vermişdir. Xəstəyə göstərilən bütün intensiv və reanimasion tədbirlərə baxmayaraq xəstə daxil olduqdan təxminən 10 dəqiqə müddətində bioloji ölüm baş vermişdir. Xəstədə baş vermiş bioloji ölüm barədə hüquq mühafizə orqanları məlumatlandırılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Qurbanova (Hüseynova) Çiçək Ağaəli qızı arasında 21.06.1991-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 25.06.1971-ci ildə anadan olmuş X3 21.03.2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 25.06.1971-ci ildə anadan olmuş X3 21.03.2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1885/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1885/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver