Məhkəmə qərarları › İş №2(027)-1897/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1897/2021

20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1897/2021 20.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi vəfat etmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X6 14.11.1984-cü il tarixdə Quba şəhərində vəfat etməsi və X3nun 19.11.1989-cu il tarixdə vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1961-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. O, 02.10.1987-ci il tarixdə X22 ilə evlənmiş, valideynləri atası - X11 ilə anası - X12 17.06.1960-cı il tarixində evlənmişlər. Bu nikahlarından - özü Ərizəçi, X13 və X14 anadan olmuşlar. X1 03.02.2021-ci il tarixdə vəfat etmişdir. X2 14.01.2014-cü il tarixdə vəfat etmişdir. Digər X3 19.11.1989-cu il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Onun nəşi tərəflərindən Azərbaycana gətirilərək, Quba rayon qəbirstanlığında dəfn edilmişdir. X4 isə 14.11.1984-cü il tarixdə vəfat etmişdir. X3 ilə X4nun vəfatından sonra hüquqi savadları olmadığından onların ölümlərini təsdiq edəcək ölüm haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət edən zaman, həmin faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Hal-hazırda atasına məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evi üçün öz adına çıxarış almaq istəyir. Lakin, X3 ilə X4nun ölümünü təsdiq edəcək ölüm haqqında şəhadətnamə olmadığı üçün qeyd olunan ev üçün çıxarış almağı mümkün olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24.06.2021-ci il tarixli çıxarışdan görünür ki, X11 ilə X8 arasında nikah 17 iyun 1960-cı il tarixdə Maraqlı şəxsndə bağlanmış və nikahdan sonra arvad «Camalova» soyadını qəbul etmişdir. İş materiallarında olan 24 mart 1961-ci il tarixdə verilmiş İİ-İE seriyalı, 115635 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X11 ilə X5 birgə nikahından xx.xx.1961-ci il tarixdə X9 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26.07.2021-ci il tarixli arayışdan görünür ki, X11 ilə X5 birgə nikahından 28.08.1965-ci il tarixdə X14 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26.07.2021-ci il tarixli arayışdan görünür ki, X11 ilə X5 birgə nikahından 13.04.1963-cü il tarixdə X13 anadan olmuşdur. X13 14.01.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 152111 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14.01.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 12 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 153209 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03.02.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 26 iyul 2021-ci il tarixli, 65 №li arayışından görünür ki, X14 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba şəhəri, Sahil küçəsi, ev 4 ünvanda yaşayan Ərizəçi ünvanladığı 26.07.2021-ci il tarixli, 390 № li məktubundan görünür ki, həmin şöbə tərəfindən X7 ölümünün, həkim şəhadətnaməsi olmadığı üçün qeydə alınmasından imtina edilmiş, Ərizəçi həmin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs 25 iyun 2021-ci il tarixli tarixli, 147 №li arayışından görünür ki, X11 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba şəhəri, Sahil küçəsi, ev 4 ünvanda yaşayan Ərizəçi ünvanladığı 25.06.2021-ci il tarixli, 344 № li məktubdan görünür ki, həmin şöbə tərəfindən X6 ölümünün, həkim şəhadətnaməsi olmadığı üçün qeydə alınmasından imtina edilmiş, Ərizəçi həmin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində ərizəçinin atası mərhum Müzəffər Camalovun onun xalasının həyat yoldaşı olduğunu, onların birgə nikahlarından Ərizəçi, X13 və X7 anadan olduqlarını və Müzəffər Camalovun 14.11.1984-cü il tarixdə və oğlu X7 19.11.1989-cu il tarixdə Quba şəhərində vəfat etmələrini, Müzəffər Camalovun və X7 Quba şəhər qəbirstanlığında dəfn olunduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində ərizəçinin qohumu olduğunu, ərizəçinin atası Müzəffər Camalovun 14.11.1984-cü il tarixdə və X3nun 19.11.1989-cu il tarixdə Quba şəhərində vəfat etmələrini, Müzəffər Camalovun və X7 Quba şəhər qəbirstanlığında dəfn olunduqlarını bildirmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X6 14.11.1984-cü il tarixdə X7 19.11.1989-cu il tarixdə Quba şəhərində ölməsi, Müzəffər Camalov və Rafiq Camalovun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi X4nun və X3nun ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, X23 oğlunun 14.11.1984-cü il tarixdə Quba şəhərində vəfat etməsi və X7 19.11.1989-cu il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X23 oğlunun 14.11.1984-cü il tarixdə Quba şəhərində vəfat etməsi və X7 19.11.1989-cu il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar