Məhkəmə qərarları › İş №2(027)-1913/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1913/2022

16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1913/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1893-cü ildə Quba rayonu İ Nügədi kəndində doğulmuş qaynatası X4 30 may 1979-cu ildə Quba rayonu İ Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1977-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olub. Əri T.Kərimov xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X10 onun qaynatası, X5 isə qayınanasıdır. X1 xx.xx.1989-cu il tarixdə vəfat etmiş, qaynatası Abdulvahab Kərimov 1893-cü ildə Quba rayonu 1-ci Nügədi kəndində doğulmuş, xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Qaynatası qohumların və qonşuların iştirakı ilə Quba rayonu 1-ci Nügədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Qayıntasının xx.xx.1979-cu il tarixdə Quba rayonu 1-ci Nügədi kəndində vəfat etməsi və həmin kənddə dəfn olunmasını dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Qeyd edir ki, həmin məzarlıqda Abdulvahab Kərimov üçün məzar daşı qoyulmuşdur və fotoşəkillərini işə əlavə edir. X9 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs 12 may 2022-ci il tarixli 05/Q-256 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən 1893-cü ildə Quba rayonu İ Nügədi kəndində doğulmuş qaynatası X4 30 may 1979-cu ildə Quba rayonu İ Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X14 bildirdi ki, Ərizəçi onun bacısıdı, X8 ilə rəsmi nikaha daxil olub ailə qurub, X2 atasıdı. Bacısının yoldaşı Təkfir xx.xx.2017-ci il tarixdə vəfat edib, atası Abdulvahab kişi 1979cu ildə vəfat edib, lakin adına ölüm haqqında şəhadətnamə alınmayıb. Mərhum İ Nügədi kənd qəbiristanlığında dəfn olunub. Məhkəmə Ərizəçi və şahid X11 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 179 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1978-1982-ci illərdə ölüm haqqında akt qeydlərində X10 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-256 nömrəli məktubundan görünür ki, X10 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba rayonu, İ Nügədii İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 404 nömrəli arayışdan görünür ki, X10 30 may 1979-cu ildə Quba rayonu İ Nügədi kəndində vəfat edib və kənd qəbstanlığında dəfn olunub. İş materiallarında olan Sovet pasportundan məlum olur ki, X10 1893-cü ildə Azərbaycan SSRİ Quba rayonu İ Nügədi kəndində anadan olub. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1959-cu ildə Quba rayonu İ Nügədi kəndində doğulub, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan İ-ЖГ 442460 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 ilə X12 arasında Quba rayonu İ Nügədi kənd sovetində xx.xx.1977-ci il tarixdə nikah bağlanmış və 35 nömrə ilə qeyd edilmişdir və X12 “Kərimova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ 886601 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 08 iyul 2017-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİİ-ЖГ 464634 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X5 17 noyabr 1989-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu, İ Nügədii kəndində xx.xx.2022-ci il tarixdə Ərizəçi, X12 və X13 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Quba rayonu İ Nügədi kənd sakini Ərizəçi qaynatası X10 30 may 1979-cu ildə Quba rayonu İ Nügədi kəndində vəfat edib və kənd qəbstanlığında dəfn olunub. Aktın döğruluğunu imzalarıyla təsdiq etmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X3 rayonu, İ Nügədi kəndində anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 1893-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş X4 30 may 1979-cu il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 1893-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş X4 30 may 1979-cu il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar