Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1924/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “X2nın ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X2nın 09 aprel 1994-cü ildə Quba şəhərində ölməsi vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 20 aprel 1927 - ci ildə Quba şəhərində anadan olmuş və yaşadığı Quba şəhərində 09 aprel 1994 - cü ildə vəfat etmişdir. Onu Quba şəhər qəbirstanlığında dəfn etmişlər və məzar hal-hazırda orada yerləşir. X2 vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal- hazırda o, X2na məxsus olmuş mirasa öz adına rəsimləşdirmək istəyir. Bunun üçün tələb olunan sənədləri hazırlasa da, xalasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə həmin sənədi aidiyyatı üzrə təqdim edə bilmir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reyestri kitabında xalasının ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat şöbəsində ona xalasının ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X13 və X1 bildirmişlər ki, ərizəçi onların xalası qızı olmuşdur. Həqiqətən də, X3 09 aprel 1994-cü ildə Quba şəhərində vəfat etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İş materiallarında olan 27.07.2018-ci il tarixli 362 nömrəli Maraqlı şəxsndən verilmiş arayışından görünür ki, X14 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 08.04.2019-cu il tarixli 14 nömrəli Maraqlı şəxsndən verilmiş arayışından görünür ki, X11 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 25 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının məktubundan görünür ki, Quba vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 1924-cü ilə aid doğum faktlarının qeydiyyatı kitablarında vətəndaş X7 doğum tarixi aşkar olunmamışdır. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 doğulduğu il 1929-cu il yer Quba şəhəri və X9 1931-ci il doğulduğu yer Quba şəhəri olmaqla, 22.08.1953-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarında olan X1 və X13 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 26.01.2019-cu il tarixli aktın surətindən görünür ki, Quba şəhər sakini olmuş X12 20.04.1924-cü ildə Quba şəhərində anadan olmuş və 09.04.1994-cü il tarixdə Quba şəhərində vəfat edərək, həmin şəhər qəbirstanlığında dəfn edilmişdir. X4 dəfn və yas mərasimləri Ərizəçi tərəfindən təşkil olunmuş və onlar həmin yas mərasimində iştirak etmişlər. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-400/2021 saylı, 17.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş və X7 20 aprel 1924-cü ildə Quba şəhərində doğulması, atasının X20, anasının X15 olmasına dair hüquqi fakt müəyyən edilsin. İş materiallarında X7 məzardaşı fotoşəkildən görünür ki, X16 09.04.1994-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 20.04.1924-cü ildə anadan olmuş X10 09.04.1994-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20.04.1924-cü ildə anadan olmuş X10 09.04.1994-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1924/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1924/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver