Məhkəmə qərarları › İş №2(027)-196/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-196/2024

01.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-196/2024 01.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsindəki darvazanın qarşısında qanunsuz qoyduğu yellənçəyin, stolun və quru ağacların çıxarılması cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********30 saylı çıxarışına əsasən onun mülkiyyətindədir. Təxminən 1 (bir) ildən çoxdur ki, Quba rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsində cavabdehlər Cavabdeh2 və yoldaşı Cavabdeh1 onun torpaq sahəsini zəbt edərək qanunsuz qoyduqları yellənçəyin, stolun və quru ağacların çıxarılmasını dəfələrlə danışıqlar aparsalar da heç bir nəticəsi olmamışdır və mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Dəfələrlə Quba rayon Polis şöbəsinə, Quba rayon İcra Hakimiyyəti başçısının Zərqava kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Quba rayon Zərqava kənd bələdiyyəsinə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, torpaq sahəsi onun əmisinə məxsusdur. İddiaçının mülkiyyətində sadəcə 0,09 ha torpaq sahəsi vardır. Qalan hissəsini qeyri-qanuni şəkildə zəbt etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi X2 tərəfindən İddiaçı 5000 (beş min) manata satılmışdır. İş materiallarında olan Quba rayonu Zərqava Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli məktubundan görünür ki, Zərqava kənd sakini İddiaçı 2022-ci ildə Zərqava kənd sakini X1 ev tikmək üçün 0,14 ha həyətyanı torpaq sahəsi almışdır. İltifat həmin torpaq sahəsini aldığı müddətə qədər bu sahənin qarşısında heç bir stol, stul, yellənçək və ya ağac olmamışdır. İltifat bu sahəni aldıqdan sonra mişar daşı ilə hasara almış, həmin hasar divarlarının qarşısında darvazalar qoymuşdur. Bundan sonra yolun əks istiqamətində yaşayan qonşusu Cavabdeh1 və onun yoldaşı Cavabdeh2 İltifatın qaraj qapısının qarşısında stol, stul, irihəcmli yellənçək və ağaclar əkmiş, qaraj qapısının girişçıxışını məhdudlaşdırmışlar. Həmin məsələ ilə əlaqədar bir bələdiyyə kimi o və icra nümayəndəsi ilə birlikdə quraşdırdıqları maneələri götürülməsini şifahi, eləcədə rəsmi olaraq xahiş etmişlər. Lakin Cavabdeh1 və onun yoldaşı Cavabdeh2 dediklərinə heç bir məhəl qoymamışlar. Bununla bağlı Quba rayon polis şöbəsinə rəsmi məlumat vermişlər. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı Quba rayonu, Zərqava kəndində yerləşən torpaq sahəsindəki darvazanın qarşısında qanunsuz qoyduğu yellənçəyin, stolun və quru ağacların çıxarılması cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsini tələb edir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər isə iddia tələbini qəbul etməyərək, iddiaçının mülkiyyətində 0,09 ha torpaq sahəsi olduğunu və qalan hissəni isə iddiaçı tərəfindən qeyri-qanuni şəkildə zəbt edildiyini iddia etmişlər. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş foto şəkillərlə də, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinə və evinə girişin qarşısı cavabdehlər tərəfindən zəbt edilərək yelləncək quraşdırılması, stol və quru ağaclar yerləşdirilməsi öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia təmin edilərək, cavabdehlər zəbt etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54.1-ci maddəsinə əsasən Tikinti materialları və məmulatı tikintinin texniki-iqtisadi əsaslandırılmasına və layihə qərarlarının tələblərinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilir. Həmin Məcəllənin 57.2.1, 57.2.2 və 57.2.5-ci maddələrinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; sanitariyagigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qarşısında cavabdehlərin qanunsuz quraşdırdıqları yellənçək, stol, quru ağaclar çıxarılmalı, torpaq sahəsi boşaldılmalı, iddiaçıya təhvil verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Zərqava kəndində yerləşən 0.14 ha torpaq sahəsinin qarşısında cavabdehlərin qanunsuz quraşdırdıqları yellənçək, stol, quru ağaclar çıxarılsın, torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar