Məhkəmə qərarları › İş №2(027)-1962/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1962/2024

21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1962/2024 21.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi və onun vəkili və səlahiyyətli nümayəndəsi Vəkil və Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə QUBa şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası 11 sentyabr 1955-cı il təvəllüdlü X1 ölmüş elan edilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X2 11 sentyabr 1955-ci ildə QUBa rayonu, Alpan kəndiı anadan olmuşdur. O, 1991-ci ildə işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş 1996-cı il tarixindək onunla əlaqə saxlamışlar. Həmin tarixdən sonra əlaqələri kəsilmişdir. Onun barəsində məlumat əldə etmək üçün müxtəlif vasitələrlə soraqlaşmışlar. Amma onun barəsində məlumat ala bilməmişlər. Axtarışları səmərəsiz olduğundan 2019-cu ildə atasının axtarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişlər. Bundan sonra Rusiya DİO-na atasının axtarılması üçün məlumat verilmişdir. X6 tərəfindən aparılan axtarış müddətində də ondan heç bir xəbər olmamışdır. Bu barədə ona QUBa rayon Polis Şöbəsindən 13 sentyabr 2019-cu il tarixli arayışlar verilmişdir. Artıq 27 ildir ki, həyat atası X1 harada olması barədə heç bir məlumat yoxdur. Atası 1996-cı ilədək onların mütəmadi olaraq əlaqə saxlamış, evin dolanışığını təmin etmişdir. Həmin tarixdən ev ilə əlaqənin belə uzunmüddətli kəsilməsi onlar üçün nə qədər ağır olsa da, atasının sağ olmadığına əsas verir. Yaşadıqları evin və torpaq sahəsinin ilkin sənədləri atasının adınadır. Hal-hazırda həm əmlaklara dair rəsmiləşdirmə işlərini apara bilmirlər. Bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnamənin alınması üçün atasının ölmüş elan edilməsi zəruridir. Bu faktı başqa yolla təsdiq etdirmək mümükün deyildir, yalnız məhkəmə qətnamə əsasında edilməlidir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi Vəkil ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 ərizəni qəbul etməyərək, mülki iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/8-10- 397 nömrəli məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan QUBa rayon Polis Şöbəsinin Ərizəçi ünvanlamış xx.xx.2019cu il tarixli 1xx-xx/25612-3219 saylı məktubundan görünür ki, onunla 1996-cı ildə əlaqəni itirmiş atası xx.xx.1955-ci ildə anadan olan X1 axtarışı ilə əlaqədar Rusiya Federasiyası Tümen vilayəti DİO-na müvafiq sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirləri həyata keçirilir, onun barəsində hər hansı məlumat olunarsa ona bildiriləcəkdir. İş materiallarında olan QUBa Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarxili, 1xxxx/25612-3219 №li arayışından görünür ki, xx.xx.1955-ci ildə anadan olan X2 qohumları ilə əlaqənri itirmiş şəxs kimi axtarılır, tapılması üçün axtarış tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi haların olması nəzərdə tutulmuşdur. QUBa RPŞ-nin arayışından görünür ki, xx.xx.1955-ci ildə anadan olan X2 qohumları ilə əlaqənri itirmiş şəxs kimi axtarılır, tapılması üçün axtarış tədbirləri davam etdirilir. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar