Məhkəmə qərarları › İş №2(027)-1966/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1966/2020

19.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1966/2020 19.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “qardaşı X3 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1957-ci il tarixdə anadan olmuş qardaşı X3 xx.xx.1993-cü il tarixdə X2 şəhərində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X5 xx.xx.1957-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Yetkinlik yaşına çatdıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və müvəqqəti olaraq orada yaşamışdır. xx.xx.1993-cü ildə ona xəbər gəlmiş ki, X5 ürəyinin dayanması səbəbindən vəfat etmiş, onun meydinin gətirilməsi üçün ora getmiş və onun meyidinin Quba şəhərinə gətirərək onun qohumların-qonşuların iştirakı ilə dəfn etmişlər. Hüzür mərasimini yola verdiyi üçün qardaşının ölümü ilə əlaqədar şəhadətnamə ala bilməmişdir. Atasından qalmış mülkü vərəsəlik qaydasında qəbul etmək üçün ondan qardaşının ölüm sənədi tələb edilmişdir. Maraqlı şəxsnə müraciət etsə də, qardaşının ölümünə dair tibbi sənəd olmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ona görə də, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X6 qeyd etmişlər ki, mərhum X1 Federasiyası Xabarovsk şəhərində vəfat etmiş, mırhumun meyidi Quba şəhərinə gətirildikdən sonra yas mərasimində onlar iştirak etmiş və Quba şəhəri qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materillarında olan doğum haqqında vəsiqələrin surətlərindən görünür ki, Ərizəçi ilə X5 qardaşdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1957-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, məhrum X5 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və Quba şəhər, Ə.Nərimanov küçəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan X3 məzardaşı fotoşəkildən görünür ki, məhrum X5 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, X3 xx.xx.1993-cü il tarixdə vəfat etməsi məhkəmədə müəyyən edilsə də, onun X2 şəhərində vəfat etməsi ilə bağlı sübut mövcud deyildir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, xx.xx.1957-ci ildə Quba şəhərində anadan olmuş X3 xx.xx.1993-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə qismən təmin olunsun. xx.xx.1957-ci ildə Quba şəhərində anadan olmuş X3 xx.xx.1993-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar