Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1971/2023 19.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi Hacəli qızının iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1984-cü il tarixdə doğulmuş oğlu X2 xx.xx.2009-cu il tarixdə Zərdab rayonunda vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, Mövlud Qəmbərovla ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.1984-cü il tarixdə X4 anadan olmuşdur. Oğlu Ədalət xx.xx.2009-cu il tarixdə vəfat etmiş və həmin Bakı şəhəri, Sulu təpə qəbirstanlığında dəfn edilmişdir. Oğlu Ədalət vəfatından sonra hüquqi savadı olmadığından onun ölümünü təsdiq edəcək ölüm haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bununla əlaqədar Qusar rayon Qeydiyyat Şöbəsinə müraciət edən zaman, həmin faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahidlər X6 və X3 bildirmişlər ki, xx.xx.1984cü il tarixdə anadan olmuş X4 onların qohumudur. Ədalət xx.xx.2009-cu il tarixdə vəfat etmiş və həmin Bakı şəhəri, Sulu təpə qəbirstanlığında dəfn edilmişdir. Onlar dəfndə iştirak etmişlər. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 400 nömrəli, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan məzar daşı foto şəkillərindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarından olan Bakı şəhəri, Sulutəpə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Sulutəpə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1984-cü ildə anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Zərdab rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1984-cü ildə anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Zərdab rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1971/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1971/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver