Məhkəmə qərarları › İş №2(027)-1988/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1988/2025

23.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1988/2025 23.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs X1 göstərilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. 23 iyun 2025-ci il tarixdə məhkəmə iclası zamanı müəyyən edildi ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu yer Sumqayıt şəhəri, Yat-2, ünvan 1 ünvandır. Məhkəmə hesab edir ki, hazırki işə Ərizəçi rəsmi qeydiyyatda olduğu yer üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu yer Sumqayıt şəhəri, Yat-2, ünvan 1 ünvandır. Mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MPM-nin 36 və 39-cu maddəsinin tələbləri baxımından hallar mövcud olmadığından, habelə ərizəçinin rəsmi qeydiyyat ünvanı ərizə məhkəməyə verildiyi vaxtda Sumqayıt şəhəri, Yat-2, ünvan 1 ünvan olduğundan, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə ərizə ərizəçinin rəsmi qeydiyyat ünvanı üzrə verilməli olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 355-23.2, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs X1 göstərilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə 2(027)-1988/2025 saylı mülki iş aidiyyətı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar