Məhkəmə qərarları › İş №2(027)-1990/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1990/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1990/2022 27.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və müdafiəçisi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 oktyabr 1959-ci il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X9 23 noyabr 1959-cu ildə Quba şəhərində anadan olmuşdur. 1978-ci ildə hərbi xidmətə çağırılıb, Rusiya Federasiyasının Moskva şəhərində hərbi qulluqda olub. 1979-cu ildə atasının vəfatı lə əlaqədar məzuniyyətə gəlib, dəfn mərasimindən sonra yenidən Rusiyaya qayıtmışdır. 1980-ci il tarixindən 2004-cü il tarixinədək onunla vaxtıvaxtında əlaqə saxlayıblar. 2004-cü il tarixindən əlaqələri kəsilmişdir. Onunla işləyən şəxslərlə əlaqə saxlasaq da, onun barəsində heç bir məlumat ala bilməyiblər. Onun barəsində məlumat əldə etmək üçün müxtəlif vasitələrlə soraqlaşıb, amma bu səylərinin heç bir nəticəsi olmamışdır. Artıq 17 ildir ki, qardaşı X6 harada olması barədə heç bir məlumat, yoxdur. Hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirmək və mülkiyyət hüququna dair sənəd almaq istəyir. Bunun üçün tələb olunan sənədləri aidiyyatı üzrə təqdim edib. Qardaşı haqqında hər hansı bir sənədi təqdim edə bilmədiyinə görə özəlləşdirmə barədə sənəd ala bilmir. Göstərilənləri nəzərə alaraq, 22 oktyabr 1959-ci il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi yaxın qonşusudur. İllərdir ki, onları bir ailə kimi tanıyır. Ailədə iki bacı bir qardaş olublar, onları uşaq olandan tanıyır. ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. İlqar Həsənov uzun illər əvvəl Rusiyaya gedib, ara-sıra ondan məlumat alıblar, 1978-ci ildə o Rusiyaya işləməyə gedib, 1984-cü ildən sonra, o, İlqarı görməyib. O, zamandan ondan xəbər yoxdur. Deyilənlərə görə o, Rusiyada rəhmətə gedib. Məhkəmə Ərizəçi, şahid X3 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 11 may 2022-cu il tarixli 146 7/7- 10850H-3122 saylı məktubu ilə 22 oktyabr 1959-ci il təvəllüdlü X6 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa, Ərizəçi bildiriləcəyi göstərilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 11 may 2022-ci il tarixli 146 7/7-10850H-3122 saylı arayışı ilə 22 oktyabr 1959-cu il təvəllüdlü X6 qohumları ilə əlaqələri itmiş şəxs kimi axtarılır və tapılması üçün axtarış tədbirlərinin davam etdirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X9 22 oktyabr 1959-cu il tarixində anadan olmuş, 22 noyabr 1959-cu il tarixli kitabında 0567 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli 05Q/- 528 nömrəli məktubundan görünür ki, X2 barəsində ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 22 oktyabr 1959-ci il tarixdə Quba rayonunda anadan olmuş X6 ölmüş elan edilməsi tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 22 oktyabr 1959-ci il tarixdə Quba rayonunda anadan olmuş X9 ölmüş elan edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar