Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2016/2022 30.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “oğlu X2 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X1nun xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd vilayətində vəfat etməsi və xx.xx.2011-ci il tarixdə Quba rayonu, Təngəaltı kənd qəbristanlığında dəfn edilməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X1 02 may 1965-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Ailəsini dolandırmaq üçün Rusiyada işləməyə getmişdir. X1 11 sentyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd şəhərində müəmmalı şəkildə vəfat etmiş və cənazəsi gətirilərək 13 sentyabr 2011-ci il tarixdə yaşadığları Quba rayonu, Təngəaltı kənd qəbristanlığında dəfn edilmişdir. Qanunun tələbini bilmədiylərindən və ölümü barədə müvafiq sənəd olmadığından vaxtında mərhum atalarının ölümü barədə müvafiq orqanlara müraciət edib onun ölümü barədə şəhadətnamə ala bilməmişlər. Hazırda vərəsəlik məsələsinin həlli ilə əlaqədar X1nun ölüm şəhadətnaməsi tələb olunur. O, Ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 15 iyul 2022-ci il tarixli, 298 və 05/Q-376 saylı arayışlarında X1nun ölüm qeydiyyatının aparılmaması qeyd olunmuş və ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması mümkün olmadığından məhkəməyə müraciət etməyi izah olunmuşdur. Buna görə də mərhum X1nun ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. O, X1nun ölüm faktını Quba rayon İHBnin Rustov İƏD üzrə nümayəndəliyinin şahidlərin iştirakı ilə təsdiq etdiyi 14 iyul 2022-ci il tarixli aktı, qəbir daşının fotoşəkilləri və şahidlər təsdiq edə biləcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X12, X6 və X7 bildirmişlər ki, xx.xx.1965-ci il təvəllüdlü X5 həqiqətən də, xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd vilayətində vəfat etmiş Bahadur Rəsulov öldükdən sonra xx.xx.2011-ci il tarixdə Quba rayonu Təngəaltı kəndinə dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il təvəllüdlü Quba rayon Rustov kəndində anadan olmuşdur. Onun atası X3r. İş materiallarında olan 376 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. İş materiallarında olan X8, X12, X6 və X4 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X5 həqiqətən də, xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd vilayətində vəfat etmiş Bahadur Rəsulov öldükdən sonra xx.xx.2011-ci il tarixdə Quba rayonu Təngəaltı kəndinə dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, xx.xx.1965-ci ildə anadan olmuş X2 xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd vilayətində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə qismən təmin olunsun. xx.xx.1965-ci ildə anadan olmuş X2 xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Xasayurd vilayətində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2016/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2016/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver