Məhkəmə qərarları › İş №2(027)-2028/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2028/2025

15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2028/2025 15.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş X4 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1953-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş X4 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X9 xx.xx.1953-cü ildə Quba rayonu, Alpan kəndində doğulmuşdur. Atası xərçəng xəstəliyindən xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölmüş və qonşuların, qohumların və yaxınların iştirakı ilə Quba rayonu Alpan kənd qəbiristanlığda dəfn olunmuşdur. Həmin vaxt qanunları bilmədiyindən, etinasızlıqdan və digər səbəblərdən atasının ölümünü rəsmiləşdirə bilməmişdir. Müəyyən sənədləşmə işlərinin aparılması üçün atası X4 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Xəstəxanaya da atası Ələskər Bədəlovun dünyasını dəyişməsi barədə arayış alınması üçün şifahi müraciət etmiş, lakin arayış ala bilməmişdir. Sənədləşmə işlərinin aparılması ilə əlaqədar olaraq atası X4 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan bu barədə Quba Regional “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, Quba Regional “ASAN Xidmət” X2 xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-225/2025 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 iddianı müdafiə edərək bildirdi ki, X9 onun həyat yoldaşı olmuşdur. X9 xx.xx.1953-cü ildə Quba rayonu, Alpan kəndində doğulmuş, xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölmüş və Quba rayonu Alpan kənd qəbiristanlığda dəfn olunmuşdur. Anasının ölüm faktının müəyyən edilməsi sənədləşmə işlərinin həlli üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, X9 onun qonşusu olmuşdur. X9 xərçəng xəstəliyindən xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölmüş və Quba rayonu Alpan kənd qəbiristanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 bildirdi ki, X9 onun qonşusu olmuşdur. X9 həqiqətən də xərçəng xəstəliyindən xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölmüş və Quba rayonu Alpan kənd qəbiristanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X1 bildirdi ki, X9 onun qonşusu olmuşdur. X9 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölmüş və kənd qəbiristanlığda dəfn olunmuşdur. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-225/25 nömrəli məktubundan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; kənd sakinləri arasında tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, kənd sakinləri X4 Quba rayonu, Alpan kəndində ölməsini və Quba rayonu Alpan kənd qəbiristanlığda dəfn olunmasını təsdiq etmişlər; kənd sakinləri arasında tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X9 özünə məxsus fərdi yaşayış evində vəfat etmiş, mərhumun bütün dəfn xərclərini onun həyat yoldaşı X8 çəkmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1953-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş X4 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş X4 xx.xx.2017-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar