Məhkəmə qərarları › İş №2(027)-204/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-204/2023

16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-204/2023 16.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 07 fevral 1971-ci il tarixdə Quba şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxx 1973-cü il tarixdə anadan olmuşdur. X2, anası X7r. X2 ilə anası X6 birgə nikahlarından xx xxx 1973-cü il təvəllüdlü Ərizəçi Frdovsi oğlu, bacısı 07 fevral 1971-ci il təvəllüdlü X8 anadan olmuşdur. X3 2002-ci il tarixdə Türkiyə Respublikasına getmiş və həmin gündən sonra ondan heç bir xəbər çıxmamışdır. O, bacısından bir xəbər çıxmadığı üçün onun axtarışı ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon polis şöbəsində X8 barəsində axtarış işi açılmışdır. Təxminən 10 il bundan qabaq xatırlamadığı nömrədən ona zəng edərək bacısının Türkiyə Respublikasında öldüyünü, kimsəsizlər qəbirstanhğından dəfn edildiyi bildirilmişdir. Ona görə də o, bacısının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 26 oktyabr 2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda bacısının ölmüş elan edilməsi ona vərəsəlik məsələsinin həlli üçün lazımdır. X1 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə göstərilənləri nəzərə alaraq, 07 fevral 1971-ci il tarixdə anadan olmuş X1 ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 28 oktyabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, X8 xx.xx.1971-ci ildə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 26 oktyabr 2022-ci il tarixli, 470 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X8 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu Qeydiyyat Şöbəsi üzrə 1999-2005-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubundan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarxili, 7/7-146- 126 №li arayışından görünür ki, xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Ə.Orucov küçəsi, ev 10-da qeydiyyatda olmuş X8 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır. X4 tutulması istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi haların olması nəzərdə tutulmuşdur. Quba RPŞ-nin arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar