Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2052/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 noyabr 1953-cü il tarixdə anadan olmuş X1nun 20 yanvar 2017-ci il tarixdə Quba rayonu. Rustov İƏD üzrə nümayəndəliyinin Hacıağalar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 29 noyabr 1953-cü il tarixdə Quba rayonu, Rustov İnzibati ərazi vahidliyində anadan olmuşdur. 25 noyabr 1974-cü il tarixdə Cəfərova (Məmmədyarova) Şükufə Musa qızı ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxxx 1995-ci il tarixdə özü anadan olmuşdur. X1 Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin Hacıağalar kənd sakini olmuş və burada da yaşamışdır. X7 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin Hacıağalar kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt atasının ölümü qanunu bilməməzlikdən rəsmiləşdirilməmişdir. O, atasının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 23 aprel 2021-ci il tarixli. 05/Q-202-15 nömrəli məktubu ilə atasının ölümünün qeydə alınması ilə bağlı imtina verilmişdir. Ona görə də o, X1nun 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyin Hacıağalar kəndində ölməsi faktının müəyyən ediməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, X1nun 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyin Hacıağalar kəndində ölməsi faktını ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkili və Rustov icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1015 nömrəli arayış bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin onun əmisi oğlu olduqlarını bildirərək, əmisi X3 xərçəng xəstəliyi oluduğunu və 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Hacıağalar kəndində ölməsini və kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin qonşusu olduğunu, ərizəçinin atasının 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Hacıağalar kəndində ölməsini və kənd qəbristanlığında dəfn edilməsini və onun dəfn mərasimində iştirak etməsini təsdiq etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında İ-JQ seriyalı, 297233 №li şəhadətnamədən görünür ki, X7 ilə Məmmədyarova (Cəfərova) Şükufə Musa qızı arasında nikah xx.xx.19740-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında İ-AZ seriyalı, 125696 №li şəhadətnamədən görünür ki, X7 ilə X6 birgə nikahından xx.xx.1995-ci il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Rustov kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 382 saylı arayışından görünür ki, Ərizəçi Quba rayonu, Rustov kəndində daimi qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1953-cü ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. İş materiallarında olan Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 1015 saylı arayışından görünür ki, mərhum X7 20 yanvar 2017-ci il tarixdə Rustov kənd İƏD-nin Hacıağalar kəndində öz yaşadığı evdə vəfat etmişdir. Mərhum Rustov kənd İƏD-nin Qamqam kənd qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 23 aprel 2021-ci il tarixli, 48 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X7 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 2014-2019-cu illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/Q-202-15 nömrəli məktubundan görünür ki, Ərizəçi ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov kənd İƏD-nin Hacıağalar kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 29 noyabr 1953-cü il tarixdə anadan olmuş X3 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov kənd İƏD üzrə nümayəndəliyinin Hacıağalar kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 noyabr 1953-cü il tarixdə anadan olmuş X3 20 yanvar 2017-ci il tarixdə Quba rayonu, Rustov kənd İƏD üzrə nümayəndəliyinin Hacıağalar kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2052/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2052/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver