Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2058/2024 17.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 14 oktyabr 1978- ci il təvəllüdlü X2 20 aprel 1979-cu ildə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. X4, anası X5r. Valideynlərinin rəsmi nikahından 14 oktyabr 1978-ci il təvəllüdlü X3 anadan olmuşdur. X3 20 aprel 1979-cu ildə səhhətinin qəfildən pisləşməsi səbəbindən vəfat etmiş, Quba rayonu, Alpan kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt valideynləri qanunu bilmədiklərindən X15 ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X15 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir, Maraqlı şəxs 19 iyul 2024-cü il tarixli imtina məktubu və 19 iyul 2024-cü il tarixli, 114 nömrəli arayışı ilə X8 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına da müraciət etmişdir. Lakin həmin qurumdan da ona 24 iyul 2024-cü il tarixli, 18-1- 56/2-B-43xx-xx-3356/2024 nömrəli imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X2 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X2 1979-cü ildə ölməsi və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. X8 20 aprel 1979-cu ildə ölməsi faktını ərizəsinə əlavə etdiyi Quba RİHB-nin Alpan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş akt və məzarın fotoşəkili bir daha təsdiq edir. X18 vəfat edərkən körpə uşaq olduğundan və el adəti üzrə körpə uşaq üçün yazılı məzar daşı deyil, sadəcə məzarın itməməsi üçün nişan qoyulmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X17 və X9 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur və evlərinin aralarında 200-300 metr məsafə vardır. X13rdaşıdır. Onlar bir bacı iki qardaş olmuşlar, qardaşı Elsəvər hələ körpə yaşlarında olarkən vəfat etmişdir. Həmin vaxt onun 17-18 yaşı olmuş, yasda da böyüklər iştirak etmişlər. Quba rayonu, Alpan kənd məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçilə kənddə qonşudurlar. X26 Balayevin qardaşıdır və o hələ balaca olarkən vəfat etmişdir. Alpan kənd məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, Ərizəçi atası Tahir, anası Rəxşəndə həmkəndlisi və həm də qonşuları olub, hal hazırda Mahirlə bir kənddə yaşayırlar, həm də qonşudurlar. Elsəvər adlı qardaşı da var idi, lakin o elə körpə ikən vəfat etmişdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-483/2024 nömrəli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, X8 vəfat etdiyi tarixdə məlumat verilmədiyinə görə gecikmənin olması, vətəndaşın şəxsiyyət vəsiqəsinin vaxtında təqdim olunmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. atası-X11, anası- X6r. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur onun atası-X11, anası- X6r. İş materiallarında olan 19 iyul 2024-cü il tarixində, Quba rayonu, Alpan kəndində tərtib olunmuş aktdan göründüyü kim, xx.xx.1978-ci il təvəllüdlü X12 20 aprel 1979-cu il tarixində həmin kənddə atasına məxsus evdə səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat etmiş və Quba rayon Alpan kənd qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə Qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1978-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X12 20 aprel 1979-cu ildə Quba rayonu, Alpan kəndində vəfat etmişdir. Belə ki, ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1978-ci ildə ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X12 20 aprel 1979-cu ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1978-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X8 20 aprel 1979-cu ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2058/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2058/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver