Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2080/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 31 dekabr 1990-cı il tarixdə anadan olmuş X1nın 04 iyun 1991-ci ildə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 iyun 1976-cı ildə X9 ilə nikahlarını qeyd etdirərək ailə qurmuşdur. Birgə münasibətlərindən 01 sentyabr 1984-cü il təvəllüdlü X16 və 31 dekabr 1990-cı il təvəllüdlü X11 adlı övladları olmuşdur. X1 04 iyun 1991-ci il tarixdə təxminən saat 16:30 radələrində yaşadığları Quba rayon, Alpan kəndində vəziyyətinin qəti pisləşməsi nəticəsində vəfat etmiş, Alpan kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən və övlad itkisinin verdiyi dərd səbəbindən X21nin ölümünü rəsmiləşdirməmişdir, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X17 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 08 sentyabr 2021-ci il tarixli imtina məktubu və arayışı ilə X1nın Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət elmək hüququnun olması izah edilmişdir. X3 ölməsi faktının müəyyən edilməsi ona notariat işlərinin həlli üçün lazımdır. Qeyd etmək istəyir ki, X17 1991-cı ildə Quba rayonu, Alpan kəndində ölməsi və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirir ki, X3 1991-cı il tarixdə Quba rayon Alpan kəndində ölməsi faktı ərizəsinə əlavə eldiyi məzar daşının fotoşəkili bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X16 ərizəni müdafiə edərək, ərizədə yazılnalara uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 08.09.2021-ci il tarixdə Quba rayonu Alpan kənd sakinləri X4, X16 və X10 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, X11 04 iyun 1991-ci il tarixdə təxminən saat 16:30 radələrində öz yaşadığı Alpan kəndində babası X7 məxsus fərdi yaşayış evində səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat etmişdir və Alpan kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan nikah haqqında 11 iyun 1976-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 364995 №-li şəhadətnamədən görünür ki, X9 ilə Aydəmirova (Balayeva) Rəxşəndə Əmirşah qızı arasında nikah 11.06.1976-cı ildə bağlanmışdır. İş materiallarında olan 11 yanvar 1991-ci il tarixdə verilmiş XV-JQ seriyalı, 284885 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi birgə nikahından 31.12.1990-cı il tarixdə X11 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 08 sentyabr 2021-ci il tarixli, 67 №li arayışından görünür ki, X11 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba rayonu Alpan kənd sakini Ərizəçi ünvanladığı 08.09.2021-ci il tarixli, 491 №-li məktubundan görünür ki, qeydiyyat orqanı tərəfindən X3 ölümünün qeydiyyatından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə X2 11 iyun 1976-cı ildə ailə qurduqlarını, birgə nikahlarından 31.12.1990-cı il tarixdə X11 adlı qızları doğulduğunu, uşaq 04 iyun 1991-ci il tarixdə Quba rayon, Alpan kəndində vəziyyətinin qəfil pisləşməsi nəticəsində Quba rayonu, Alpan kəndində ölmüş və Quba rayonu Alpan kənd qəbirstanlığında dəfn edilmiş, onun dəfn mərasimində iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Ərizəçi X1nın 04 iyun 1991-ci ildə Quba rayonu, Alpan kəndində ölməsini və Quba rayonu Alpan kənd qəbirstanlığında dəfn edilməsini, onun dəfn mərasimində iştirak etdiyini, X3 ölməsi faktının Maraqlı şəxsndə qeydə alınmasından imtina olunduğunu bildirmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X3 31 dekabr 1990-cı il tarixdə doğulması, 04 iyun 1991-ci ildə Quba rayonu, Alpan kəndində ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi, X1nın ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, 31 dekabr 1990-cı il tarixdə anadan olmuş X3 04 iyun 1991-ci ildə Quba rayonu, Alpan kəndində ölməsi faktı faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 31 dekabr 1990-cı il tarixdə anadan olmuş X3 04 iyun 1991-ci ildə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2080/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2080/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver