Məhkəmə qərarları › İş №2(027)-2092/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2092/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2092/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X23 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “həyat yoldaşının atası X7 və həyat yoldaşının əmisi X3 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Həyat yoldaşının atası - X7 20 may 1956-cı il tarixində və həyat yoldaşının əmisi- X3 3 noyabr 1960-cı il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşının atası- X14 1884-cü ildə, həyat yoldaşının əmisi- X10 1883-cü ildə anadan olmuşdur. Onlar ünvan 1 ünvanında yaşamışlar. X14 20 may 1956-cı ildə, X10 isə 3 noyabr 1960-cı ildə vəfat etmişlər. Onlar Quba şəhər qəbiristanlığında dəfn olunmuşlar. Həmin şəxslər vəfat etdikdən sonra onların ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda o, yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bunun üçün tələb olunan sənədləri hazırlasa da, qayınatasının və onun qardaşının ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi aidiyyatı üzrə təqdim edə bilmir. Bu səbəbdən də şəhadətnamə ala bilmir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reyesteri kitabında həmin şəxslərin ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat Şöbəsindən ona onların ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Beləliklə həyat yoldaşının atası - X7, həyat yoldaşının əmisi X3 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyil, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 və X4 bildirmişlər ki, X14 və X10 onların qonşuları olmuş və X14 20 may 1956-cı il tarixində və X10 isə 3 noyabr 1960cı il tarixində Quba şəhərində vəfat etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Talıbova (Əliyeva) Saatxanım Əlimərdan qızı arasında 27.09.1967-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04.02.1941-ci il tarixdə anadan olmuşdur. Onun atası X11r. İş materiallarında olan ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X8 22.04.1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 19.03.1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22.09.1963-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15.08.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 11.01.1937-ci il tarixli torpaq qeydindən görünür ki, Quba şəhərində yerləşən ümumi sahəsi 241.00 kv.m olan torpaq sahəsi istifadə etmək məqsədi ilə X1 verilmişdir. İş materiallarında olan 22.10.2021-ci il tarixli arxiv arayışından görünür ki, X14 və X2 şəhər, H.Hüseynov küçəsi ev 3 ünvanında yaşamaları və vəfat etmələri barədə arxv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan 70 nömrəli, 25.08.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X10 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan 70 nömrəli, 25.08.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X10 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan 69 nömrəli, 25.08.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X14 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan məzardaşı şəkillərindən görünür ki, X7 20 may 1956-cı il tarixində və X3 3 noyabr 1960-cı il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, X7 20 may 1956-cı il tarixində və X3 03 noyabr 1960-cı il tarixində Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. X7 20 may 1956-cı il tarixində Quba şəhərində ölməsi faktı müəyyən edilsin. X3 03 noyabr 1960-cı il tarixində Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar